Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri daxildir) mərkəzi. Böyük Qaramurad kəndi rayon mərkəzindən təxminən 18 km qərbdə, Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə tam orta məktəb, mədəniyyət evi, 2 kitabxana, ambulatoriya var.
Tarixi Arxeoloji qazıntılar zamanı Böyük Qaramurad kəndi ərazisində son tunc dövrünə aid "Baş qalaça", "Böyük qalaça", "Bala qalaça" siklop tikililərinin cənub ətəyində daş qutu qəbir aşkar edilmişdir. Abidədən dulus məmulatı, metal əşyalar, əqiq, tunc muncuqlar və sair materiallar əldə edilmişdir. Tapıntilar Xocalı-Gədəbəy mədəniyyətinin inkişaf dövrünə (e.ə. XI-IX əsrlər) aid edilir. Böyük Qaramurad kəndində memarlıq abidələrindən alban məbədi (1634) var.
Toponimikası Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Toponim Qaramurad şəxs adı ilə bağlıdır. Birinci komponent yaşayış məntəqəsini həcm cəhətdən eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1743 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Mənbə Azərbaycan Milli Ensiklopediyası, IV cild. Bakı,2013. səh.466.
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri Kateqoriya:Böyük Qaramurad