Rauf Hacılı () — Azərbaycan şahmatçısı, beynəlxalq usta (1998). Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ikiqat qalibi (1992, 1994). Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü (1992–1999).

Karyerası Rauf Hacılı 16 yanvar 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir.

1990-cı ildə kişilər arasında keçirilmiş şahmat üzrə Azərbaycan SSR-i çempionatında 12 iştirakçı arasında on ikinci, 1991-ci ildə kişilər arasında keçirilmiş şahmat üzrə Azərbaycan SSR-i çempionatında isə 12 iştirakçı arasında dördüncü olmuşdur.

1992-ci ilin avqustunda Niderlandda baş tutmuş 20 yaşlılar arasında Avropa birinciliyində iştirak edib və altıncı olub. Eyni ildə kişilər arasında keçirilmiş şahmat üzrə ilk Azərbaycan çempionatının qalibi olub. İki il sonra bu uğurunu yenidən təkrarlayıb.

Rauf Hacılı 1992–1999-cu illərdə kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının üzvü olub. O, yığmanın heyətində Şahmat Olimpiadalarının (1994, 1998) və Avropa çempionatlarının (1997, 1999) iştirakçısı olub. 2002-ci ildən aktiv şahmatdan ayrılıb.

1996-cı ildən məşqçiliyə başlayan Rauf Hacılı Azərbaycanda yeni şahmat nəslinin inkişafında yaxından iştirak edib. Onun tələbələri sırasında Vüqar Həşimov, Nicat Məmmədov və Rauf Məmmədov kimi şahmatçılar var.

İstinadlar

Xarici keçidlər Rauf Hacılı Chessbase.com saytında

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları