Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir.

Əhalisi Əhalisi 888 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Təhsil Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Masallı rayonunun kəndləri