Asim Hüseyn () səhiyyə, təhsil və Pakistan siyasəti sahələrində Pakistan əsilli Kanadalı fəal. O, Kəraçidəki Ziauddin Xəstəxanalar Qrupunun sədri və Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyi üzrə baş nazirin keçmiş müşaviridir. O, 2009–2015-ci illərdə Pakistan Xalq Partiyasının tərkibində Pakistan Senatının üzvü olub.
Təhsil və səhiyyə sahələrində xalqa xidmətlərinə görə 2005-ci ildə Sitara-i-İmtiaz, 2013-cü ildə isə Nişan-e-İmtiaz mükafatları ilə təltif edilmişdir.
Həyatı Hüseyn 28 noyabr 1953-cü ildə Karaçidə anadan olub. İlk təhsilini Karaçi Qrammatika Məktəbində daha sonra Petaro Kadet Kolleci və Dau Tibb Kollecində təhsil aldıqdan sonra aldıqdan sonra təhsilinə Avropada davam etdirmişdir.
O, filosof Sir Ziauddin Əhmədin nəvəsidir.
Karyerası Hüseyn 2008-ci ilin mayından 2009-cu ilin noyabrına qədər Federal Nazir statusu ilə Milli Yenidənqurma Bürosunun sədri vəzifəsində çalışıb. 2008-ci ilin noyabrından 2009-cu ilin avqustuna qədər baş nazirin Neft və Təbii Sərvətlər üzrə müşaviri/federal naziri kimi fəaliyyət göstərib. 12 dekabr 2009-cu ildən Pakistan Prezidentinin fəxri şəxsi həkimi idi. 2011-ci ilin mayından 2013-cü ilin mayına qədər Federal Neft və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsini icra edib.
Hüseyn 27 avqust 2015-ci ildə Pakistan ordusunun Kəraçi şəhərində başlatdığı əməliyyat çərçivəsində səlahiyyətlilər tərəfindən saxlanılıb.
O, 2014-cü ildə Sinddə Ali Təhsil Direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildə ikinci müddətə yenidən təyin edilib.
İstinadlar
Kateqoriya:Pakistan Xalq Partiyasının siyasətçiləri Kateqoriya:Kəraçili siyasətçilər