Kürdüstan dairəsi və ya Kürdüstan mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi.

Tarixi Kürdüstan dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil inzibati vahid kimi yaradılmışdır.

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Kürdüstan dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.

Həmçinin bax Kürdüstan qəzası

İstinadlar

Kateqoriya:Azərbaycan SSR dairələri Kateqoriya:1930-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1930-cu ildə ləğv olunanlar Kateqoriya:Azərbaycan kürdləri