Kuba Layihəsi və ya Manqust əməliyyatı — ABŞ Prezidenti Con Kennedinin səlahiyyətlərinin ilk illərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən hazırlanmış, Kubada dinc əhaliyə qarşı terror hücumları və məxfi əməliyyatlardan ibarət kampaniya. 30 noyabr 1961-ci ildə prezident Kennedi tərəfindən Fidel Kastronun kommunist hökumətinə qarşı aqressiv gizli əməliyyatlara icazə verilmişdi. Kastro hökumətinin devrilməsi Kennedi administrasiyasının əsas diqqət mərkəzində idi. Əməliyyat 1960-cı ildə Florida ştatının Mayami şəhərində yaradılmış JM/WAVE gizli əməliyyatları və kəşfiyyat toplama stansiyasında planlaşdırılmışdı.Cold War in South Florida: Historic Resource Study , Steven Hach (ed. Jennifer Dickey), National Park Service Southeast Regional Office, U.S. Department of the Interior, October 2004Spymaster: My Life in the CIA, Theodore G. Shackley, 2005, Brassey's, Əməliyyata Hərbi Hava Qüvvələrinin generalı Edvard Lansdeyl rəhbərlik edirdi və uğursuz Donuzlar körfəzinin hücumundan sonra qüvvəyə minmişdi.

İstinadlar

Xarici keçidlər

Operation Mongoose: The Cuba Project, Cuban History Archive, 20 Feb 1962. The Cuban Missile Crisis, 1962, The National Security Archive. Meeting with the Attorney General of the United States Concerning Cuba, CIA minutes, 19 January 1962. Justification for US Military Intervention in Cuba, Joint Chiefs of Staff, 13 March 1962. Minutes of Meeting of the Special Group on Operation Mongoose, 4 October 1962. CIA Inspector General's Report on Plots to Assassinate Fidel Castro, CIA Historical Review Program, 23 May 1967. (HTML version)

Kateqoriya:Soyuq müharibə Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi Kateqoriya:ABŞ silahlı qüvvələri Kateqoriya:Antikommunizm Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçirilmiş əməliyyatlar Kateqoriya:Terrorizm Kateqoriya:Ləğv edilmiş hərbi əməliyyatlar Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti