Rauf Cabarov (tam adı: Rauf Gülağa oğlu Cabarov) — FİFA dərəcəli Azərbaycanlı beynəlxalq futbol hakimi və İnformasiya Texnologiyaları sahəsinin eksperti. 2019-cu ildən etibarən Azərbaycanı beynəlxalq futbol yarışlarında futbol referisi olaraq təmsil edir.
Rauf Cabarov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktorudur.
Şəxsi həyatı Rauf Cabarov tanınmış azərbaycanlı futbol hakimi və idman xadimi Gülağa Cabbarovun oğludur.
O, 9 oktyabr 1985-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 114 nömrəli orta məktəbi bitirib.
Peşəkar iş həyatı Rauf Cabarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru olub. 2022-ci ildən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavinidir. R.Cabarov rəqəmsallaşma, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik üzrə bir sıra layihələrin rəhbəri olub. O, ölkəmizdə kibertəhlükəsizlik, əşyaların interneti və robototexnika sahələrinin təbliğində və təşviqində aktiv iştirak edib. O, informasiya texnologiyaları sahəsi üzrə müxtəlif tədbirlərdə spiker qismində çıxış edib.
Böyük Britaniyanın Mançester Universitetində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıb və İngiltərə aşağı futbol liqalarında hakimlik edib.
Futbol karyerası Azərbaycan futbol üzrə kubok yarışı 2018-ci il - final oyunun baş hakimi UEFA Avropa Konfrans Liqasının 2022-ci il qrup mərhələsinin Slovan Bratislava - Jalqiris oyunun baş hakimi Beynəlxalq oyun Neftçi - Zenit (Sankt Peterburq) - baş hakim
Beynəlxalq oyunları +ilLiqaOyun2023UEFA Konfrans Liqasınən seçmə mərhələsiVllaznia (ALB) - Linfield (NIR) 1 - 0UEFA U21 Avropa Çempionatının seçmə mərhələsiLitva – Uels 2 - 3UEFA U21 Avropa Çempionatının seçmə mərhələsiŞimali Makedoniya – Gürcüstan 0 - 1
Mükafatları
Böyük Britaniya Məzunlarının "Elm və Davamlılıq" mükafatının qalibi - 2022-ci il. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı - 2018-ci il. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı - 2012-ci il.
Həmçinin bax
Gülağa Cabbarov Azərbaycan Kuboku Azərbaycan Premyer Liqası
Mənbə
https://www.affa.az/index.php/ctimaiyyt/hakimlr/rauf-cabarov/66144 https://akta.az/az/rehberik https://web.archive.org/web/20170527234357/http:/ https://web.archive.org/web/20220701140929/https://iktlab.az/staff /www.mincom.gov.az:80/nazirlik/struktur/elektron-idar-ciliyin-inki-af-oeb-si/emekdashlar/rauf-guela-a-o-lu-cabarov https://www.affa.az/index.php/news/202223-c-illr-mvsmnn-yenilnmi-hakim-siyahs/72411 https://report.az/futbol-xeberleri/azerbaycanda-basa-catan-movsumde-en-cox-oyun-idare-etmis-futbol-hakimleri-arasdirma/ https://newsport.az/news/az-football/95767 https://www.uefa.com/uefaeuropaconferenceleague/match/2035918--slovan-bratislava-vs-zalgiris-vilnius/ https://bakuplus.az/2022/09/06/az-rbaycanl-referi-uefa-konfrans-liqas-nda-ba-hakim-olacaq/ https://akta.az/az/executive-board
İstinad
Kateqoriya:Azərbaycan futbol hakimləri