Alfa nəsli ( və ya ) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların və Z nəslinin daha yaşlı nümayəndələrinin övladlarıdır.
Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır. Sinif otaqlarında və həyatın digər aspektlərində texnologiyanın istifadəsi sahəsində baş tutan dəyişikliklər bu nəslin əvvəlki nəsillərlə müqayisədə erkən öyrənmə təcrübəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Araşdırmalar göstərir ki, allergiya, piylənmə və ekran vaxtı ilə bağlı sağlamlıq problemləri son illərdə uşaqlar arasında getdikcə daha çox yayılmışdır.
Terminologiya alt=The 24-letter Greek alphabet with letter names in parentheses|right|thumb|300x300px| Yunan əlifbası. "Alfa nəsli" adı 2008-ci ildə Avstraliyanın "McCrindle Research" konsaltinq agentliyi tərəfindən aparılan sorğudan yaranmışdır. Agentliyin qurucusu Mark MakKrindl, ümumiyyətlə, bu termininin müəllifi hesab olunur. See excerpt "Why we named them Gen Alpha". MakKrindl 2015-ci ildə verdiyi müsahibədə komandasının bu ada necə gəldiyini təsvir etmişdi:
"McCrindle Research", həmçinin, qasırğaların adlandırılmasından ilhamlanmışdır. Bu zaman adlandırmalar üçün latın əlifbasının hərfləri ilə başlayan adlar tükənmiş və 2005-ci ildə Atlantik qasırğası mövsümü və son altı fırtına yunan hərflərindən alfa ilə zeta arasındakı hərflər verilmişdir.
2020-ci ildə bəziləri COVID-19 pandemiyasının qlobal miqyasda təsirinin bu nəslin müəyyənedici hadisəsinə çevriləcəyini, pandemiya zamanı doğulanlar və ya pandemiya zamanı böyüyənlər üçün C nəsli və ya "Coronials" (koroniallar) adını təklif etmişdilər.
Həmçinin bax Əhalinin qocalması Tək uşaq siyasəti X nəsli Y nəsli Z nəsli
İstinadlar
Xarici keçidlər The Downside of Diversity. Michael Jonas. The New York Times. August 5, 2007. How childhood trauma affects health across a lifetime. TED-Ed Talk by pediatrician Nadine Burke Harris. February 17, 2015. Is a University Degree a Waste of Money? CBC News: The National. March 1, 2017. (Video, 14:39) Why your smartphone is irresistible (and why it's worth trying to resist). Psychologist Adam Alter on the PBS Newshour. April 21, 2017. The Power of Play: A Pediatric Role in Enhancing Development in Young Children. Michael Yogman, Andrew Garner, Jeffrey Hutchinson, Kathy Hirsh-Pasek, Roberta Michnick Golinkoff. Committee on Psychosocial Aspects of Children and Family Health, Council on Communications and Media, American Academy of Pediatrics. September 2018. A 'million word gap' for children who aren't read to at home. Jessica A. R. Logan, Laura M. Justice, Melike Yumuş, Leydi Johana Chaparro-Moreno. Journal of Developmental & Behavioral Pediatrics. April 4, 2019. The Amish use tech differently than you think. We should emulate them. Jeff Smith. The Washington Post. February 17, 2020. Population pyramids of the EU-27 without France and of France in 2020. Population pyramids of the developed world without the U. S. and of the U. S. in 2030. Zeihan on Geopolitics.
Kateqoriya:XXI əsr Kateqoriya:ABŞ cəmiyyəti Kateqoriya:Demoqrafiya Kateqoriya:Antropologiya Kateqoriya:Mədəni nəsillər