Anar Əlizadə (23 sentyabr 1951, Bakı - 2012) ― mexanika sahәsindә Azәrbaycan alimi, riya­ziyyat üzrə elmlər doktoru (1986), professor (1990), AMEA-nın müxbir üzvü (2007).

Həyatı Anar Əlizadə 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

Əmək fəaliyyəti Anar Əlizadə 1974-1978-ci ildə qazın emalı və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis kimi çalışıb, 1978-1990-cı illərdə isə AEA RMİ XKB-da baş konstruktor vəzifələrini icra edib.

Pedaqoji fəaliyyəti Anar Əlizadə 1990-2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında professor, Azərbaycan Texniki Universitetində Riyaziyyat kafedrasının müdiri, 2000-2010-cu illərdə Elm və Texnika üzrə prorektor, Azərbaycan Dövlət Dəniz Akademiyasının Elm və Beynəlxalq əlaqələr üzrə prorektoru və 2010-2012-ci illərdə Dəqiq elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Akademik fəaliyyəti Anar Əlizadə 1978-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1986-cı ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1990-cı ildə professor adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Anar Əlizadənin elmi fəaliyyəti əsasən deformasiya olunan bərk cisim me­xani­kası sahəsində nəzəri tədqiqatlara və nəticələrin müxtəlif mühəndis mə­sələ­lərinə tətbiqinə həsr olunub. O, "Mexanika və Maşınqayırma" beynəlxalq jurnalının redak­toru olub. Alim 3 monoqrafiya, 6 kitab, 100-dən çox elmi işin, o cümlədən maşınqayırma sahəsin­də 3 patentin müəllifidir.

Üzv olduğu cəmiyyətlər Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü; Beynəlxalq Mühən­dislik Akademiyasının həqiqi üzvü; Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü; Tət­biqi Riyaziyyat və Mexanika üzrə Alman Cəmiyyətinin (GAMM) üzvü; Azərbaycan Milli Komitəsinin üzvü (qrunt mexanikası və özüllərin tikintisi üzrə);

İstinadlar

Xarici keçidlər

Əlizadə Anar Nadir oğlu Anar Nadir oğlu Əlizadə