NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi.
Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir.
Zəmin Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803). Ukrayna və Belarusda 60 min siyasi məhbus pöiyada şəkildə evaukasiya edilmişdi. Rəsmi sovet rəqəmlərinə görə, köçürülmələr zamanı 9.800 nəfər həbsdə, 1443 nəfər köçürülməsi zamanı edam edilmiş, 59 nəfər qaçmağa çalışarkən öldürülmüş, 23 nəfər alman bombardmanı, 1057 nəfər isə digər səbəblərdən ölmüşdür.
Orest Subtelnının sitat gətirdiyi tarixçi Yuri Boşik, qətllər haqqında yazırdı:
Təkcə edam edilənlərin sayı deyil, həm də onların ölmə tərzi də xalqı şoka saldı.
Həbs edilənlərin ailələri sovetlərin geri çəkilməsindən sonra həbsxanalara getdilər, lakin cəsədlərin kimliyinin müəyyən edilməyəcək qədər pis bir halda parçalançış olduğunu gördükdə dəhşətə qapıldılar. Məhkumların çoxunun ölmədən öncə işğəncəyə məruz qaldığı bariz idi, həm də xeyli sayda məhbus kütləvi güllələnmə ilə öldürülmüşdü.
150 min məhbusdan təxminən 100 mini öldürüldü, yerdə qalanlarının çoxu Sovet İttifaqının daxili bölgələrinə köçürüldülər. Həmçinin hməhkumlardan bəzilərini köçürməyə və ya öldürməyə vaxt qalmadığı üçün həbsxanalarda unudulmuşdular, bəziləri isə edam prosesi zamanı qaçmağı bacarmışdı.
Qırğınlar NKVD Krımdan başlamaqla Polşaya qədər bir çox yerlərdə siyasi məhbus qətllərinə yol vermişdi. Alman işğalının başlanmasından dərhal sonra NKVD öz həbsxanalarının çoxunda siyasi məhbusların öldürülməsinə başladı və qalanlarını ölüm yürüşlərində evakuasiya etdi. Onların çoxu siyasi məhbuslar olmaqla birlikdə, məhkəmə olmadan həbs və edam edilmişdilar. Bu kütləvi edamlaın bir çoxu sonradan işğalçı alman qüvvələri tərəfindən sənədləşdirildi və antisovet, antiyəhudi propaqandasında istifadə edildi. Müharibədən sonra və son illərdə Almaniya, Polşa, Belarusiya və İsrailin səlahiyyətliləri məhbuslarının öldürüldüyü ən azı 25 həbsxananı və daha çox sayda kütləvi edam yerlərini müəyyənləşdirdi.
Belarusda thumb|Polşa və Litvanın Belarusdakı səfirləri 2021-ci ildə qətliamın 80-ci ildönümünü qeyd edirlər. Minsk yaxınlığında Çervyen qırğını. 24 iyun tarixində köçürülmə prosesinin başlanmasından əvvəl ölüm hökmü almış 15 litvalı siyasətçi edam edildi. Onların arasında 1929–1934-cü illərdə Litvanın daxili işlər naziri olmuş Steponas Rusteika da daxil idi. 25 iyun tarixində 2 min məhbus NKVD-in 42-ci alayının əsgərləri tərəfindən piyada formada Çervyenə aparıldılar. Yol boyunca 500 məhbus yolu gedə bilmədiyi üçün öldürüldü. Rəsmi sovet hesabatına görə, 209 məhbus qarışıqlığa və alman borbardmanına görə ölmüşdür.
26 iyunda sağ qalmağı bacarmış məhbuslar Çervyen həbsxanasına yerləşdirildilər. Məhbusların sırasına daxil olan bir neçə kriminal məhbus Qızıl Orduya qatılmaq istədiklərini bildirdikdən sonra azad edildilər. 27 iyun tarixində Belarus NKVD-i mərkəzi NKVD-in həbsxana idarəsinin rəhbəri Mixail İvanoviç Nikolskidən məktub aldılar. Məktubda 400 məhbusu Çervyendə buraxmağı, qalanlarını isə öldürmək əmr edilirdi. Məhbusların sənədlərinin almanların Minski bombardman etməsi nəticəsində yox edilməsinə görə, NKVD zabitləri öldürüləcək 400–750 şəxsi demək olar ki, təsadüfi seçməyə başladılar. 26–27 iyun gecəsi seçilmiş şəxslər Çervyendən Babruyska doğru aparıldılar. Əvvəlcə NKVD işçiləri yürüşə davam gətirə bilməyənləri güllələdilər. Sonra, Çervyendən təxminən 1,5–2 kilometr (0,93–1,24 mil) aralıda bir meşədə NKVD kütləvi edam təşkil etdi. Litvalı məhbuslardan 40-a yaxını sağ qaldı. Ümumilikdə 200-ə yaxın məhbus qaçmağı bacardı.
Qırğının ilk anım mərasimi 1990-cı ilin iyulunda litvalı fəallar yol kənarında ziyarətgah, belaruslar isə xatirə xaç ucaltdıqları zaman baş verdi.
Hlybokaye qırğını: Vitebsk yaxınlığında yerləşən bu məntəqədə NKVD 24 iyun tarixində təxminən 800 məhkumu qətlə yetirdi. Onlardan çoxu polyak idi. Daha minlərlə insan iə Ulla yaxınlığındakı Nikolayevoya edilən ölüm yürüşündə həyatını itirdi.
Hrodno qırğını: 22 iyun 1941-ci ildə NKVD yerli həbsxanada saxlanılan onlarla insanı öldürdü. 1700 insan isə sürətli alman hücumuna və eyni tempdə Sovet geri çəkilməsinə görə, NKVD edamçılarının onları öldürməyə vaxt tap bilməməsi nəticəsində sağ qalmağı bacardı. Vileyka qırğını: 1941-ci il iyunun 24-də sovet mühafizəçiləri ölkədən gedənə qədər onlarla insan, əsasən də siyasi məhbuslar, xəstə və yaralılar edam edildi.
Estoniyada thumb|Tartuda ldürülənlərin cəsədləri. Tartu qırğını. 1941-ci ilin yayında kommunist repressiyasına məruz qalmış şəxslər Tartu həbsxanasında saxlanılmaqda idilər. İyun ayının son günlərində burada 619 şəxs var idi. Alman hücumu Tartuya yaxınlaşdıqca həbsxananı boşaltmaq üçün addımlar atıldı, lakin eyni zamanda həbslər də davam etdiurildiyi üçün 8 iyul tarixində hələ 223 nəfər həbsxanada idi. Beləliklə, Estoniya Kommunist Partiyasının Tartu bölgə komitəsinin, yerli təhlükəsizlik orqanı rəhbəri Alfred Pressmanın (1894–1973) və NKVD-in Tartu bölgəsi üzrə rəhbəri Pavel Afanasyevin (1903–1941) iştirakı ilə keçirilən iclasda həmin məhbusların öldürülməsi qərarı qəbul edildi. Altı qatildən dördü etnik eston, biri Peipsi bölgəsi rus idi. Onların arasında ən çox diqqət çəkən yerli komsomol fəalı və sonralar Estoniya SSR daxili işlər nazirinin Xruşşov erasının yumşalma dövründəki müavini Edmund Näar (1920–1973) idi.
9 iyulda keçirilən kütləvi edam zamanı öldürülən sayının 193 nəfər olduğu güman edilir.
Litvada
Almanlar Litvaya yaxınlaşdığı zaman NKVD məşhur Lukişkes həbsxanasında xeyli sayda məhbusu edam etmişdir. Rainai qırğını. Litvada Litva Aktivistləri Cəbhəsinin İyun üsyanını başlatmasından sonra sovet hakimiyyətinə son qoyuldu və qısa müddət sonra ölkə almanlar tərəfindən işğal edildi. Bu hadisələrin gedişatı zamanı məhbusların edam edilməsi qərarı qəbul edildi, çünki sovet təhlükəsizlik orqanları məhbusların hamısının köçürülməsinə qadir deyildilər. Beləliklə, Qızıl Ordudan Dontsov adlı şəxsə onları edam etmək əmri verildi. 24 iyun gecəsi məhbusların çoxu yük maşınlarına mindirildilər və Rainiai meşəsinə aparıldılar. Məhbuslar əvvəlcə işğəncə verildikdən sonra güllələndilər. Qurbanların çoxu o qədər hissəyə parçalanmışdılar ki, yalnız iyirmi yeddi cəsəd eksqumasiya edildikdən və yalnız üç gün keçdikdən sonra tanınması mümkün oldu. Koronerin eksqumasiyadan sonra apardığı ekspertizaya görə, həm hesabatda, həm də şahid ifadələrində sovetlərin məhbusların dilini, qulaqlarını, cinsiyyət orqanlarını, baş dərisini kəsdiyi, cinsiyyət orqanlarını məhbusların ağızına qoyduğu, gözləri çıxardığı, dırnaqlarını çıxardığı, qurbanların əllərini bağlamaq üçün öz dərilərindən kəmərlər düzəldildiyi təsdiq edildi. Həmçinin məhbusların bədənləri məşəl və turşu basitəsiylə yandırılmış, sümükləri və kəllələri əzilmişdi. Və bütün bunlar qurbalar hələ sağ ikən edilmişdi. Qətliamın təşkilatçıları arasında Pyotr Raslan, Boris Mironov, Naçman Duşanski, 8-ci sərhəd ordusunun siyasi lideri Mixail Kompanyanets, NKVD Kretinqa bölgəsinin direktor müavini Yermolayev, NKVD leytenantı Jdanov və başqaları var idi. Bu hadisələr zamanı ümumilikdə 70–80 nəfər litvalı məhbus öldürülmüşdür.
Qalereya
Kaunas yaxınlığındakı Pravienişkės həbsxanasındakı qırğın. 1941-ci ilin iyun ayında NKVD mənsubu olan şəxslər bu bəhsxanada saxlanılan 260 siyasi məhbusu və həbsxanada işləyən bütün litvalı şəxsləri öldürmüşdür. Həmçinin köçürülən litvalı məhbusların bir hissəsi Çervyen qırğınında, bir hissəsi Biqosovo yaxınlığında edam edilmişdirlər.
Polşada
1941-ci ildə Polşanın şərqinin yarısında Sovet hakimiyyəti altında yaşayan polyak əhalinin böyük bir hissəsi SSRİ-in ucqar bölgələrinə köçürülmüşdülər. Digərləri, o cümlədən çoxlu sayda başqa etnik mənsubiyyətə malik polyak mülki şəxsləri (əsasən belaruslar və ukraynalılar) bölgənin şəhərlərində müvəqqəti həbsxanalarda saxlanılırdılar və burada ya Moskvadakı NKVD həbsxanalarına, ya da Qulaqlara sürgün edilmələrini gözləyirdilər. Polşanın şərqində yaşayan 13 milyon insandan təxminən yarım milyonunun həbsdə olduğu və onların 90%-dən çoxunun kişi olduğu təxmin edilir. Beləliklə, Alman hücumu zamanı yetkin kişilərin təxminən 10% -i həbs edilmişdi. Çoxları işgəncə və ya baxımsızlıqdan həbsxanalarda öldü. İşgəncə üsullarına qurbanların qaynar suda yandırılması, qulaqların, burunların və barmaqların kəsilməsi daxildir. Timoti Snayder hesab edir ki, NKVD 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra 9817 həbsdə olan Polşa vətəndaşını güllələyib. Müharibədən əvvəlki Polşada NKVD-nin qırğın yerləri indi Litvada, Belarusiyada və Ukraynadadır.
Katın qırğını Qətliamın təklivi NKVD rəhbəri Lavrenti Beriya tərəfindən verilmiş və İosif Stalin tərəfindən qəbul edilmişdir. Öldürülənlərin sırasına 8 min nəfəri Polşanın 1939-cu ildə işğal edilməsi zamanı əsi götürülən zabitlər, 6 min nəfəri polis zabitləri, 8 min nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Köhnə Polşa ordusu çoxmillətli olduğu üçün öldürülənlərin sırasına belaruslar və ukraynalılar da daxil idi. Həmçinin hadisə zamanı yəhudilər də öldürülmüşdü. Onların sırasına Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberq də daxil idi.
1943-cü ilin aprelində Almaniya Katın meşəsində kütləvi məzarlıqların aşkar edilməsi barədə ictimaiyyətə məlumat verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik əlaqəni kəsmək qərarına gəldi və kütləvi qətllərin almanlar tərəfindən həyata keçirildiyini bildirdilər. 1990-cı ilə qədər SSRİ qətliamın onlar tərəfindən həyata keçirilməsini inkar etdi və üzr istəmədi.
Daha sonralar SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış tədqiqatlar zamanı qətliamın SSRİ tərəfindən həyata keçirildiyi təstiqləndi. Rusiya qətliamın SSRİ tərəfindən həyata keçirildiyini qəbul etsə də, onu müharibə cinayəti və kütləvi qətl kimi görməkdən imtina etdi. Qurbanların öldüyü əsas gətirilərək istintaq bağlı elan edildi və qətliam Böyük Təmizləmənin bir hissəsi olduğu üçün öldürülənlərə bəraət verilmədi.
2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması qətliamın həyata keçirilməsində Stalin və digər dövlət xadimlərinin günahkar olduğuu ehtiva edən bəyannaməni təstiqlədi.
Qalereya
Ukraynada left|thumb|10 iyul 1941-ci ildə almanlar Ukraynaya doğru yaxınlaşdığı zaman Ternopoldakı Gizli Sovet Polisinin yerli həbsxanasında saxlanılan almanların qətlə yetirilməsi. Etnik almanlar sovetlər tərəfindən alman ordusu ilə əlaqələndirilirdi. Sovetlər tərəfindən ələ keçirilmiş müasir Ukraynanın qərbində də NKVD tərəfindən kütləvi məhbus edamları həyata keçirilmişdir. Bunlara daxildir: