Haputlular, haputlar və ya hapıtlar — Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid xalq. Əsasən Azərbaycanda, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, HapıtlıAzərbaycanın əsrarəngiz təbiət abidələri: İsmayıllı rayonu və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır.Ənvər Çingizoğlu. Saracıq kəndi. "Soy" dərgisi, 7 (15), 2008. səh.116.
Qafqaz dil ailəsinə mənsub haput dilində danışırlar.Azərbaycanın müasir etnik palitrası Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Изд. АН АзССР, 1986 Dinləri islam dinidir. 1880-ci illərə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.İmaməddin Zəkiyev. "Naməlum xınalıqlı alimlər". "Ədəbiyyat" qəzeti H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40
İstinadlar
Xarici keçidlər Azərbaycan Xalq Cəbhəsi qəzeti : Azsaylı xalqlar: hapıtlar Хапутлинцы. www.terra.su Большая Энциклопедия в 62 томах: Хапутлинцы Российский Этнографический музей: Толковый словарь: Хапутцы Qudyalçay (film, 2001)
Kateqoriya:Azərbaycanda yaşayan etnik qruplar