Karen Ağasiyeviç Calavyan (; ), həmçinin Kyox () kimi tanınır — Ermənistan hərbi zabiti, DQR Müdafiə Ordusunun polkovniki, "Yeqnikner" hərbi hissəsinin komandiri və" Artsax Qəhrəmanı" mükafatı laureatı.

Mükafatlar 21 yanvar 2015-ci ildə Karen Calavyan Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilmişdir. 21 sentyabr 2016-cı ildə Calavyan 1-ci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsi zamanı Calavyan Tərtər rayonu istiqamətində, Təpəkənd kəndi yaxınlığında yerləşən "Yeqnikner" hərbi hissəsinə komandanlıq etmişdir. 2 oktyabr 2020-ci ildə Calavyan Arayik Arutyunyan tərəfindən "Artsax Qəhrəmanı" titulunu almışdır. Arutyunyanın sözlərinə görə, Calavyanın dəstəsi "bir neçə strateji yüksəkliyi tutmağa və Azərbaycan qüvvələrinə ağır itkilər verməyə" nail olmuşdur.

İstinadlar

Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Artsax Qəhrəmanları