250px|thumb|right|Azərbaycan gəncləri milli geyimdə. Əlincə qalası, Naxçıvan Muxtar Respublikası

Azərbaycan etnik və milli kimliyi — azərbaycanlıların ortaq və xarakterik mədəniyyətində, dilində və adət-ənənələrində təcəssüm tapmış etnik və milli mənsubiyyət hissini və vətəndaşlığı ifadə edən termin.

Təqribən 1840-cı ildə Mirzə Kazım bəy Azərbaycan dilini "Azərbaycan türkcəsi" adlandırmışdır. 1879-cu ildən başlayaraq Tiflisdə yaşayan müsəlman ziyalıları arasında "Azərbaycan dili" dil adı yayılmış, onlar bu dildə danışanları azərbaycanlı adlandırmışdır.

Azərbaycan mühitində "azərbaycanlı" və "Azərbaycan milləti" terminləri ilk dəfə 1891-ci ildə Tbilisidə çıxan "Kəşkül" qəzeti tərəfindən təklif edilmiş, XIX əsrin sonundan bu termin Yelizavetpol quberniyasında özünüadlandırma kimi yayılmağa başlamışdır. XIX əsrin sonlarından etibarən "azərbaycanlı" etnonimi elmi ədəbiyyatda müxtəlif formalarda istifadə edilməyə başlamışdır. Ancaq terminin rəsmi istifadəsi sovet dövründə 1936-cı ildən, dövlət və məhkəmə sənədləri ilə başlamışdır.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan xalqına, ölkə qanununa tabe olmaq şərti ilə, burada yaşan hər kəs (respublika ərazisində yaşayan azərbaycanlılar, Ermənistan azərbaycanlıları, ölkənin etnik azlıqları) və həmçinin diaspora daxildir.

Xronologiya

DövrNailiyyətAzərbaycan dili və etnik qrupunun inkişafıXI əsrdən XV əsrin sonlarına qədərAzərbaycan xalqının formalaşmasıXIII əsrAzərbaycan ədəbi dilinin formalaşmağa başlamasıXVI əsrSəfəvi dövründə şiəliyinin yayılmasının Azərbaycan kimliyində həlledici rol oynamasıXVIII əsr–XIX əsrin əvvəlləriAzərbaycan xanlıqları şəklində yarıməsrlik Azərbaycan müstəqilliyi dövrüAzərbaycan milli oyanışı1879-cu ildən etibarən"Azərbaycan dili" dil adının Azərbaycan ziyalıları arasında yayılması1891-ci ilTbilisidə çıxan "Kəşkül" qəzetində "Azərbaycan milləti" termininin istifadəsi28 may 1918-ci ilAzərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi9 fevral 1924-cü ilNaxçıvan Muxtar Respublikasının yaradılmasıMüstəqillik dövrü18 oktyabr 1991-ci ilAzərbaycanın müstəqilliyinin elan edilməsi1992–2021-ci illərDağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyət dövrü3 avqust 2022Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlaması

Tarixi-mədəni arxa plan

Cənubi Qafqaz və İran Azərbaycanında türk kimliyinin inkişafı

Səlcuq, monqol və türkmən dövrü 250px|thumb|right|Səlcuq dövrü Marağa hakimi. Oğuz türkü mənşəli Ağsunqurilər

XI–XIII əsrlərdə Səlcuqlar və Elxanilər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır.Encyclopædia Iranica: Iran V. Peoples Of Iran. A General Survey The Azeri Turks are Shiʿites and were founders of the Safavid dynasty.

XII əsrdə Gürcüstan krallığı hökumətinə yaxın ərazilərdə qıpçaqlar idarəçilikdə rol oynamış, Eldənizlər dövlətini idarə edən sülalənin ilk üzvü Atabəy Şəmsəddin Eldəniz də qıpçaq mənşəli olmuşdur. İnzibati aparatın yüksək pillələrinə qalxmağı bacaran qıpçaq əsilli şəxslərə xarakterik bir şəkildə, onlar heç vaxt qıpçaqların maraqlarını dəstəkləmir, sadəcə qıpçaq etnik kökünə malik yerli siyasətçilər və ya idarəçilər (gürcülər, Azərbaycan türkləri və s.) olurdular.Pubblici, Lorenzo (2022). Mongol Caucasia: Invasions, Conquest, and Government of a Frontier Region in Thirteenth-Century Eurasia (1204–1295). Brill. page 71

Türk milli kimliyi və mədəniyyəti Elxanilər dövründə (1256–1335-ci illər) və Elxaniləri əvəz edib, ənənələrini yaşadan dövlətlərin dövründə çiçəklənmişdir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi.Yarshater, E (18 August 2011). "The Iranian Language of Azerbaijan". Encyclopædia Iranica. Retrieved 25 January 2012. Hülakü və onun oğlu Abaqa xanın dövrünün siyasəti üçün türk və monqol kütlələrinin dağınıq şəkildə yaylaqlarda yerləşdirilməsi yerinə, Azərbaycan, İraqın şimalı və Anadoluda planlı şəkildə müəyyən məntəqələrə köçürülməsi, Azərbaycan türklüyünün sağlam milli ünsür olaraq təşəkkülünün təmin edilməsi, yerli müsəlman oğuz köçərilərinə xan və hökmdar olaraq təqdim edilmələri xarakterikdir. Səlcuqlar dövründə bölgəyə yerləşmiş oğuz türklərinin monqollar dövründə gələn oğuz türkləri ilə birləşməsi nəticəsində etnik şüur canlanmış və Azərbaycan türk ədəbiyyatının inkişafına təkan verilmişdir.

Cəlairilər dövründə Sultan Əhmədin Azərbaycan dilində əsər yaratması ("Eyləməz" qəzəli) kimlik quruculuğunda simvol, məna və dəyərləri təyin edərək mənəvi xəritə ortaya qoyur, Cəlairi-türk kimlik qaynaşmasında üstün olan türklərin və türk dilinin davamlılığını təmin edirdi. Monqol mənşədən gələn, İraqda yaşayıb türkləşən Cəlairilərin nümayəndəsi olan Sultan Əhmədin türk dilində yazması monqol və türk kimliyinin qaynaşması baxımından yaxşı nümunədir.

Ağqoyunlu hakimi Qara Yuluq Osman bəy öz köçəri köklərinə, Mərkəzi Asiyadakı türk köklərinə güclü bağlılıq nümayiş etdirirdi. Bunun sübutu Osman bəyin öz ardıcıllarını oğuz irsinin gücünə hörmətlə yanaşmağa çağırması, bu zaman yasaqdan (yazılmamış qanunların ənənəvi məcmuəsi) sitat gətirməsidir. Osman bəy ardıcıllarına oturaq həyata keçməməyi tənbehleyirdi. Çünki, onun fikrincə, oturaq həyata keçmək "suverenlik, türklük və azadlığ"ın itirilməsi deməkdir.

Səfəvi dövrü və sonrası

XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur.Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5. Səfəvi şahı I İsmayıl şeirlərinin birində qeyd edirdi: "Xətai də natiq oldu, Türkistanın piri oldu." Vladimir Minorskiyə görə, bunun məntiqi cəhətdən mənası odur ki, Tanrı I İsmayıl vasitəsilə danışmış, I İsmayıl Azərbaycan türklərinin piri (rəhbəri) olmuşdur.Vladimir Minorsky. "The Poetry of Shah Ismail", Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 10. No. 4, 1942, p. 1006a.

Səfəvi sülaləsinin hakimiyyətə gəlməsi Azərbaycan milli kimliyinin inkişafında mühüm hadisə idi. Səfəvilər dövründə şiəliyin qəbulu Azərbaycan xalqının formalaşması üçün həlledici amil hesab edilir. Azərbaycanlıların Türk dünyasında əsas şiə türk qrupuna çevrilməsi nəticəsində Araz çayının şimal və cənubunun türkləri bir-birinə bağlanmış, digər türk xalqlarından ayrı bir Azərbaycan kimliyi yaranmışdır. Buna baxmayaraq, Cənubi Qafqazda şiəliyin yayılmasının buranın türk əhalisinin özünü türk olaraq dərk etməsi şüurunu zəiflətdiyi fikirləşilir.Imranli-Lowe, K. (2020). The polities of the Caucasus and the regional powers in the medieval and early modern period. Caucasus Survey, 8(3), 258–277. https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1080/23761199.2020.1775388. (page 271)

XIV–XV əsrlərdə Qarabağın düzlük hissəsi demək olar ki, tamamilə türkləşmişdi.Закавказье в XI–XV вв. // История Востока / Под ред. Р. Б. Рыбакова. — М.: Восточная литература РАН, 1997. Yekun olaraq, Qarabağ azərbaycanlılarının kimliyi Qarabağdakı türklük əsasında formalaşmışdır.Laurence Broers. Armenia and Azerbaijan: Anatomy of Rivalry. — Edinburgh University Press, 2019. — С. 86. — ISBN 978 1 4744 5054 6. Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifi Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri adlandırır.

Əsrlər boyunca azərbaycanlılardan ayrı yaşayan Dağıstan azərbaycanlıları nəinki öz etnolinqvistik kimliklərini saxlayıblar, həmçinin öz qeyri-türk qonşularını (ərəblər, müsəlman-tatlar, tabasaranlılar) assimilyasiya ediblər.Magomedkhan Magomedkhanov. Building of the Tower of Babel: Ethnolinguistic Processes in Dagestan. Russian Academy of Sciences, Dagestan Science Centre. page 290–291, 293. Həmçinin Dərbənddə və Dağıstanın digər şəhərlərində yaşayan farsların Azərbaycan dilini mənimsəməsi və sonradan onların kimlik şüurunun dəyişməsi nəticəsində azərbaycanlıların sayı artmışdır.Ибрагимов М.-Р. А. Азербайджанцы // Народы Дагестана / Отв. ред. С. А. Арутюнов, А. И. Османов, Г. А. Сергеева. — М.: "Наука", 2002. — ISBN 5-02-008808-0. səh 510.

XVIII əsrdə Əfşar imperiyasının parçalanmasından sonra Azərbaycan xanlıqları dövrü yarıməsrlik Azərbaycan müstəqilliyi dövrü (Əfşar, Zənd və Qacarlardan asılılığın olmaması və ya qismi asılılığın olması) olmuşdur.Swietochowski, Tadeusz (2004), "Azerbaijani khanates and the conquest by Russia", Russian Azerbaijan, 1905–1920: The Shaping of National Identity in a Muslim Community, Cambridge, UK: Cambridge University Press, ISBN 0521522455

''Thus began a half-century-long period of Azerbaijani independence, albeit in a condition of deep political fragmentation and internal warfare'' Bu xanlıqları türk mənşəli sülalələr idarə edirdi.Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27–28

Quba xanı Fətəli xan Qarabağ xanı və Kartli-Kaxetiya kralı ilə rəqabətdə təkcə öz mülklərini genişləndirməyə deyil, həm də bütün Azərbaycanın mənafeyinin müdafiəçisi kimi çıxış etməyə çalışırdı. Belə ki, 1782-ci ilin sonunda Fətəli xanın II Yekaterinaya ünvanladığı məktub, XVIII əsrdə Azərbaycan ərazilərində (İrəvan, Gəncə, Qarabağ, Bakı, Dərbənd) "Azərbaycan cəmiyyəti" və "azərbaycanlılar" kimi etnik-siyasi anlayışların mövcudluğunu əks etdirir. Məktubda Fətəli xan özünü və digər yerli hakimləri azərbaycanlı adlandırır. O, həmçinin özünü "Azərbaycan xanlarının və bütün əhalisinin maraqlarının müdafiəçisi" kimi təqdim edir.

Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi. (page 49)

Müasir kimliyin tarixi

Formalaşması

200px|thumb|right|Cavan azərbaycanlı zadəgan. Vasili Vereşagin XX əsrdən əvvəl azərbaycanlılar millət olaraq inkişaf etməmişdi, etnik qrup olaraq inkişaf də zəif idi. Şimal azərbaycanlıları özünü İslam ümmətinin bir hissəsi olaraq müsəlman, Mərkəzi Asiya boyunca yayılmış türkdilli xalqların bir hissəsi olaraq türk və ya iranlı hesab edirdi. Əlifba olaraq ərəb yazısı istifadə edilirdi.

Təqribən 1840-cı ildə Mirzə Kazım bəy Azərbaycan dilini "Azərbaycan türkcəsi" adlandırmışdır. Tiflisdə yaşayan müsəlman ziyalıları arasında 1879-cu ildən başlayaraq "Azərbaycan dili" dil adı yayılmış, onlar bu dildə danışanları azərbaycanlı adlandırmışdır. "Azərbaycanlı" adının tətbiqində birinci səbəb istifadə edilən müsəlman kimliyinin düzgün hesab edilməməsi idi. İkinci səbəb bu idi ki, ziyalıların fikrinə görə, azərbaycanlılar Volqa və Krım tatarlarından, Osmanlı türklərindən fərqli bir mədəniyyət, adət-ənənə və dilə malikdir.SHIONOZAKI, Shinya. (2015). The Transition from Tatar to Azerbaijani. Bulletin of the Society for Near Eastern Studies in Japan. 57. 41–62. 10.5356/jorient.57.2_41. page 41.