"Gangsta's Paradise" () — Coolio və L.V. duetinin ifasında səslənən mahnı. 1995-ci ildə eyniadlı albomda buraxılmışdır. Bu mahnıya görə Coolio 1996-cı ildə "Qremmi" mükafatına, həmçinin iki "MTV Video Music Awards" mükafatına layiq görülüb.

Mahnı 1995-ci ildə ABŞ Billboard çartında ən çox satılan sinql olub. 2008-ci ildə isə VH1-in "100 Ən yaxşı hip-hop mahnısı" siyahısında 38-ci yeri tutub. ABŞ, Böyük Britaniya və Almaniyada beş milyondan çox nüsxəsi satılıb.

"Gangsta’s Paradise" 1995-ci il ABŞ istehsalı olan "Təhlükəli düşüncələr" filminin saundtrekinə daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər Mahnının sözləri Genius.com saytında

Kateqoriya:1995-ci ilin sinqlları Kateqoriya:1995-ci ilin mahnıları Kateqoriya:İnternet memləri Kateqoriya:İngilis dilində mahnılar