Ərciş döyüşü — 1395-cü ildə Qaraqoyunlular ilə Teymurilər dövləti arasında baş vermişdir.

Arxa Plan Əmir Teymur Avnik qalasını çox böyük dirənişlə qarşılaşmasına baxmayaraq almağı bacardı. Bu qalanı Qara Yusifin qardaşı Misir Xoca müdafiə edirdi. Əmir Teymur 43 gün boyunca Avniki mühasirədə saxladıKazanasmaz, Kara Yusuf ve Zamanı Atatürk Üniverstiesi Erzurum, 2019 s.34. Misir xoca bir neçə dəfə Əmir Teymurun təslim olma tələbini geri çevirsədə nəhayət 1 avqust 1394-cü ildə Qaladaki aclıq ve digər səbəblərə görə məcburən qılınc kəfən ilə Əmir Teymurun hüzuruna gedərək əhv dilədi, Əmir Teymur onu Səmərqəndə göndərdi və qısa müddət sonra burda öldüArayancan, Karakoyunlu Hükümdarlarından Cihânşah ve Dönemi, 72. Avnik Qalasının idarəçiliyini öz əmirlərindən Atlamışa tapşıran Əmir Teymur bundan sonra indiki Gürcüstan istiqamətində hərəkət etdi. Bunu eşidən Qara Yusif indiki Türkiyənin Van şəhərində yerləşən Ərcişə gəldi. Həmin vaxt orda Əmir Teymurun Əmirlərindən İzzətdin şir var idi. Qara Yusifin gəlişindən xəbər tutan əmir dərhal Atlamışa xəbər göndərdi və özü Türkmən ordusuyla vuruşmağa getdi. İlk həmlədəcə Məğlubiyyətə uğradı.Əkbər N. Nəcəf Qara Yusif s.44 Bu zaman Qara Yusif Atlamışın 400 atlı ilə oraya gəldiyini eşidərək atlamışa hücum etdi. Bu döyüşde Teymuri ordusu qılıncdan keçirildi, Atlamış Yar Əli tərəfindən əsir alındı.Varlık, "Karakoyunlular", s. 449.

Döyüş Atlamış ilə müharibədən sonra Qara Yusif Teymurilərin ana mərkəzinə hücum etdi,Qaraqoyunlu ordusu qat qat böyük düşmən ordusunu məğlubiyətə uğratdı. Məmlüklü Tarixçilərindən İbn Əl furat, İbn Qazı Şübhə, İbn Həcər və Makrizinin yazdığına görə Qara Yusif çox parlaq bir qələbə qazandı.

İstinadlar

Xarici keçidlər

Qaraqoyunlular Qara Yusif

Kateqoriya:1395-ci ildəki hadisələr Kateqoriya:XIV əsrin müharibələri Kateqoriya:Qaraqoyunluların döyüşləri Kateqoriya:Azərbaycandakı döyüşlər