Pursaklar — Ankaranın böyük rayonlarından biridir hal-hazırda.

Tarixi Pursaklar Ankara ilə Çubuk arasında yerləşən ən qədim kəndlərdən biridir. Pursaklar adının çəkildiyi ən qədim tarixi sənəd Osmanlı İmperatorluğu tərəfindən 1530-cu ildə hazırlanan qədim yazılardadır və yaşayış yeri "Busaklar" olaraq qeyd edilmişdir.

Məlumdur ki, Busaklar coğrafi baxımdan bu gün “Eskiköy” deyilən yerdə yerləşir. 1966-cı ildə Pursaklar, Eskiköy məhəlləsində baş verən sürüşmə nəticəsində dövlətin köməyi ilə planlı şəkildə inşa edilən Çoraklık adlı indiki yerinə köçürüldü.

1970-ci ilin əvvəlindən ətraf vilayət və rayonlardan gələn vətəndaşlarla Pursaklar əhalisi sürətlə artmış və 16 dekabr 1986-cı ildə bələdiyyə təşkilatını qazanaraq “şəhər bələdiyyəsi” adını almışdır. 2008-ci ildə qəbul edilən bələdiyyə qanunu ilə hal-hazırda bağlı olduğu Keçiörendən ayrılaraq Altındağ və Çubukdan aldığı məhəllələrlə rayon statusu qazanmışdır.

Pursaklar 21 məhəllədən ibarətdir. Bunlar; Abadan, Altınova, Ayyıldız, Fatih, Karaköy, Karşıyaka, Kösrelikkızı, Saray Cumhuriyet, Saray Gümüşüluk, Sirkeli Yeşilova, Sirkeli Yeşilova, Tevfik Yeşilyurt , YEni Karaköy, Yıldırım Beyazıt, Yunus Emre və Yuva +thumb|Pursaklar 2021-ci ilin sonuthumb|2022-ci ilin mart ayında Pursaklar adlı diş xəstəxanasın rəsmi

Coğrafiya Pursaklar rayonu şimalda Kahramankazan, şərqdə Çubuk, cənubda Altındağ və qərbdə Keçiören ilə qonşudur. Əhali Rəsmi insan sayı 162.389 nəfərdir. (2022)

İdarəetmə

Bələdiyyə başçıları il ad Partiya 1994 Hacı Şahin Doğru Yol Partiyası (Türkiyə, 1983) 1999 2004 Səlcuq Çetin Ədalət və İnkişaf Partiyası 2009 2014 2019 Ayhan Yılmaz

2019-cu ildə bələdiyyə başcısı seçilən Ayhan Yılmaz bir ay sonra istefa verib və yerinə Ərtoğrul Çətin gətirilib.

İstinadlar