Kavkazskiy Uzel (; ), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir.
Tarixi 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir.About us Caucasus Knot. 22 June 2009. Retrieved 2 January 2013 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi.
Komanda Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur. Qriqori Şvedov Moskvadan, digər müxbirlərin əksəriyyəti (təxminən əlli nəfər) Çeçenistan, Dağıstan və Azərbaycan daxil olmaqla Qafqazdan fəaliyyət göstərir. Jurnalistlər virtual ofisdə Google proqramları vasitəsilə əlaqə saxlayırlar. Bəzi müxbirlər təhlükəsizlik səbəbilə öz adlarından istifadə etmirlər.
Jurnalistlərinin qətli və təqibi Rusiyalı hüquq müdafiəçisi və jurnalist Natalya Estemirova 2009-cu ildə Çeçenistanda qətlə yetirilməzdən əvvəl Kavkazskiy Uzel-də işləyib.
Saytın digər jurnalisti Bella Ksalova 2010-cu il iyulun 25-də Çerkessk şəhərində Arsen Abayxanov tərəfindən güllələnib.
Həftəlik "Novoe Delo" qəzetinin redaktor müavini və eyni zamanda Kavkazskiy Uzel yazarı olan Əhmədnəbi Əhmədnəbiyev 2013-cü ildə Mahaçqalada güllələnərək öldürülüb.
2016-cı il aprelin 16-da saytın müxbiri Jalaudi Geriyev naməlum təhlükəsizlik qüvvələri tərəfindən qaçırılıb. O, Çeçenistanda hakimiyyətə qarşı işləməkdə günahlandırılıb və qanunsuz daşınma və külli miqdarda narkotik saxlamaq ittihamı ilə üç il həbs cəzasına məhkum edilib.
Mükafatları Kavkazskiy Uzel 2007-ci ildə Almaniyanın ZEIT-Stiftung xeyriyyə təşkilatı və Norveçin Fritt Ord azad söz təşkilatı tərəfindən birgə verilən "Şərqi Avropanın Azad Mətbuat Mükafatı"na layiq görülüb.
2009-cu ildə peşəkar ictimaiyyətin maraqlarını müdafiə etdiyinə görə Rusiya Jurnalistlər İttifaqının mükafatına layiq görülüb.
Redaktor 2012-ci ildə Memorial və Kavkazskiy Uzel ilə işinə görə Hollandiyanın Geuzenpenning mükafatına layiq görülüb.
Həmçinin bax OC Media İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya xəbər veb-saytları Kateqoriya:2001-ci ildə yarananlar Kateqoriya:2001-ci ildə yaranan saytlar