İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin.Jennifer Coleman, "Internet Police Patrol Cyberspace for Child-Sex Stalkers", Associated Press Online, March 14, 2000. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir.
Ölkələr üzrə
Estoniya 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur.
Yaponiya 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir.
Niderland Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək.
Həmçinin bax
İnternet provayderi
İstinadlar
Xarici keçidlər
Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information. RCMP Computer Crime Prevention Royal Canadian Mounted Police CERT Estonia The Computer Emergency Response Team of Estonia Tallahassee Internet Police
Kateqoriya:İnternet senzurası Kateqoriya:İnternet-təşkilatlar