Ağayrı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağayrı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd XX əsrin əvvəllərində Ağalıkənd əhalisinin bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaşması nəticəsində yaranmışdır. Toponimiyada belə bir fikir mövcuddur ki, bu söz qədim türk dillərindəki ak (axın, çay) və əyri sözlərindən ibarət olub, "axının əyildiyi, burulduğu yer" mənasını verir. Bu da Ağayrı kəndinin məhz Bolqarçayın əyildiyi, burulduğu yerdə yerləşməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü "ağıldan (tövlədən) kənar", "kiçik çay", "ot, çiçək" adı kimi də izah olunur.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə, rayonun qərb istiqamətində yerləşir. Nəsimi, Günəşli və İsmətli kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999205798410732009↗2409↗1182↗1227

İqtisadiyyatı Kənddə 543 təsərrüfat var.

2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Biləsuvar, Ağsu və İsmayıllı rayonlarının kəndlərinə təbii qaz verilmişdir. socar.az, 25.06.2015

Mədəniyyəti Kənddə Ağayrı kənd kitabxana filialı, Ağayrı kənd Mədəniyyət Evi, Ağayrı Poçt Agentliyi və Ağayrı EATS fəaliyyət göstərir.

Təhsil Kənddə Ağayrı kənd tam orta məktəbi və Ağayrı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Ağayrı kənd uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Ağayrı kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Ağayrı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri