11 bit studios S.A. — Polşa videooyun istehsalı şirkəti. Mərkəzi Varşavada yerləşir. Studiya 2010-cu ildə "CD Projekt" və "Metropolis Software" şirkətlərinin keçmiş üzvləri tərəfindən yaradılmışdır. Studiya ən çox "Anomaly: Warzone Earth" (2011), "This War of Mine" (2014) və "Frostpunk" (2018) videooyunlarının istehsalçısı kimi tanınır.

Tarixi Şirkət rəsmi olaraq 11 sentyabr 2010-cu ildə yaradılmışdır. Onun əsası "CD Projekt" və "Metropolis Software" tərtibatçıları və işçilər tərəfindən qoyulmuşdur. Şirkətin məqsədi həm hardkor geymerlər , həm də gündəlik geymerlər üçün uyğun oyunlar yaratmaqdır. Onlar real vaxt strategiyası olan qüllədən müdafiə oyunu "Anomaly: Warzone Earth", və Sarayevonun mühasirəsinə bənzər mühasirə altında olan şəhərdə mülki insanları təsvir etdiyinə görə tənqidçilər tərəfindən tez-tez təriflənən "This War of Mine" ilə tanınırlar.

Studiyanın ən son buraxılışı olan "Frostpunk" ilk üç gündə 250,000-dən çox kopya satmışdır. "Frostpunk" şaxtanın ələ keçirdiyi distopiyada, XVIII əsrin sonlarında İngiltərəni təsvir edir. Burada oyunçuya bəşəriyyətin son şəhərini idarə etmək tapşırılır. 2020-ci ildə şirkətin üç layihənin və nəşriyyat etiketləri ilə imzalanmış dörd oyunun inkişafını maliyyələşdirmək üçün 21 milyon dollar sərmayə qoyduğu məlum olmuşdur. Onlardan biri olan "Frostpunk 2" 12 avqust 2021-ci ildə elan edilmişdir.

Oyunlar

İstehsal BaşlıqİlPlatforma(lar)Anomaly: Warzone Earth2011Android, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 3, Xbox 360Anomaly: Korea2012Android, iOS, Linux, OS X, Microsoft WindowsFunky SmugglersAndroid, iOSSleepwalker’s JourneyAnomaly 22013Android, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 4Anomaly Defenders2014Android, iOS, Linux, OS X, Microsoft WindowsThis War of MineAndroid, iOS, Linux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo Switch, PlayStation 5, Xbox Series X/SFrostpunk2018Microsoft Windows, OS X, PlayStation 4, Xbox OneFrostpunk 22024Microsoft WindowsThe Alters2024Microsoft Windows, PlayStation 5, Xbox Series X/S

Yayım TitleYearDeveloperPlatform(s)Spacecom 2014Flow CombineAndroid, Linux, OS X, Microsoft WindowsBeat Cop 2017Pixel CrowAndroid, Linux, OS X, Microsoft Windows, Nintendo SwitchTower 57 PixwerkLinux, OS X, Microsoft WindowsMoonlighter2018Digital SunLinux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo SwitchChildren of Morta2019Dead MageLinux, OS X, Microsoft Windows, PlayStation 4, Xbox One, Nintendo SwitchSouth of the Circle2022State of PlayMicrosoft Windows, PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Nintendo SwitchThe Invincible2023Starward IndustriesMicrosoft Windows, PlayStation 5, Xbox Series X/SThe Thaumaturge2024Fool's Theory

Xeyriyyə Şirkət 2022-ci ilin noyabrında elan etmişdir ki, o, ən populyar buraxılışlarından biri olan "This War of Mine"dən əldə olunan gəliri Rusiyanın hücumuna görə Ukraynanın bərpasına kömək edən təşkilatlara köçürür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Varşava şirkətləri