Əbül-Fəzl Şəhabəddin Əhməd ibn Əli ibn Məhəmməd əl-Əsqəlani (; ) — fəqih və mühəddis.

Həyatı və fəaliyyəti O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri "Fathül-Bari fi Şərhis- Sahihül-Buxari" əsəri olmuşdur. Bu əsər Məhəmməd Buxarinin "Səhihi Buxari" əsərinin şərhidir. İbn Həcərin digər məşhur əsəri isə fiqhi məsələlərə həsr edilmiş "Bülüğul-Məram min Ədillətül-Əhkam" (Dini ehkamların anlaşılmasında məqsədə çatma) adlanan hədis kitabıdır.A. A. Əlizadə, E. M. Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, 400 səh.

Əsərləri Fəthül-Bari fi Şərhis-Səhihül-Buxari. Büluğul-Məram min Ədillətül-Əhkam (Dini ehkamların anlaşılmasında məqsədə çatma). Əl-İsabə fi təmyiz əs-səhabə. Hədyüs-sari. Havaşi tənqihiz-Zərkeşi iləl-Buxari. əl-Mükərrər fi şərhil-mühərrər. ən-Nükət ələ şərhi səhihi-Müslüm. ət-Təliqə ila müstədrəkil-Hakim. əl-Məcalis. Təhzib ət-Təhzib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Şeyxülislamlar Kateqoriya:XV əsr tarixçiləri Kateqoriya:XIV əsr Misir şəxsləri