Kiçik Ayvasıl kilsəsi — Trabzonun ən qədim kilsələrindən biridir. Üç nefli olan bina üst-üstə yığılmış daşlardan tikilmişdir.A. G. Sagona, The Heritage of Eastern Turkey: From Earliest Settlements to Islam (London: Macmillan, 2005) p.170
Tarixi Kilsənin girişindəki kitabədə kilsənin eramızın 884-cü ildə I Bazil tərəfindən təmir edildiyi bildirilir. 1923-cü ilə qədər kilsə kimi istifadə edilən bina bu gün boşdur.Richard Krautheimer et al, Early Christian and Byzantine Architecture (New Haven: Yale University Press, 1992) p. 395
Memarlıq xüsusiyyətləri Kilsənin cənub və qərbdən iki girişi var. T formalı dayaqlar binanı 3 nefə ayırır. Apsislər həm içəridə, həm də xaricdə dairəvi plana malikdir. Yan apsislərdə iki, əsas apsisdə üç pəncərə var.Antony Eastmond, Art and Identity in Thirteenth-Century Byzantium (London: Ashgate, 2004) p.20 Nefləri yastı tağlar əhatə edir. Binanın eksteryerində fiqurlu relyeflər, interyerdə isə fresk təsvirləri vardır. Bu freskalardan biri İsanın çarmaxdan endirilməsini təsvir edir. Freskada İsanın cəsədi və başı qismən göründüyü halda, Məryəm ümumilikdə aydın görünür. İsanın sol tərəfində biri qadın olan üç nəfər təsvir edilmişdir.Historic Little Quince Church welcomes its first visitors Anadolu Agency, July 7, 2022
İstinadlar
Kateqoriya:Türkiyə kilsələri Kateqoriya:VII əsrdə tikilmiş dini binalar