Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır.
Toponimikası Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar Qeyd1999Kitabda kəndin əhali sayıhaqqında məlumat yer almamışdır.20091596
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Çovdar (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri