Aleksandr Yefimoviç Qnezdov (; ) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Daha çox "Neftçi"nin ilk baş məşqçisi kimi tanınır.
Həyatı Qnezdov futbolçu karyerasını 1926-cı ildə Bakının "Proqress" klubunda başlayıb. 1934-1936-cı illərdə Leninqradın "Stalinets" komandasında çıxış edib. Bu müddət ərzində komandanın heyətində cəmi 10 oyun keçirib, 6 qol vurub. 1937-ci ildə oynayan məşqçi kimi "Neftyanik" klubunun heyətində 13 oyun keçirib, 4 qol vurub.
Qnezdov həm də Azərbaycan SSR-in ilk futbol şərhçisi olub. 1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməlini qoyan şəxslərdəndir. Birinci reportajı məhz özü aparıb.
İstinadlar
Xarici keçidlər Aleksandr Qnezdov Footballfacts.ru saytında Aleksandr Qnezdov Transfermarkt.com saytında
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Futbol şərhçiləri