1-ci Ordu Korpusu () — Ermənistan Ordusunun Sünik vilayətinin GorusJane's World Armies. Coulsdon, Surrey, UK: Jane's Information Group, October 2004. şəhərində yerləşən regional hərbi birləşməsi. Bu, Ermənistanın cənub-şərqindəki hərbi mövqelərini formalaşdırmağa kömək edir.
Tarixi Birinci Qarabağ müharibəsindən sonra ordu quruculuğunun inkişafı böyük hərbi hissələrin formalaşdırılması zərurətini ortaya qoymuşdu. Bu, 20 iyun 1996-cı ildə general Yuri Xaçaturovun təşəbbüsü ilə korpusun yaradılması ilə nəticələnmişdir. Korpusun tank heyəti "Tank biatlonu-2017" beynəlxalq müsabiqəsində iştirak etmişdir. 2020-ci ilin sentyabrında korpusun bir bölməsi Rusiyada keçirilən "Qafqaz-2020" komanda-qərargah hərbi təlimində iştirak etmişdir. İkinci Qarabağ müharibəsi zamanı korpus keçmiş Ağdərə rayonuna yerləşdirilmişdir. Azərbaycan Müdafiə Nazirliyi bildirmişdir ki, korpus Ermənistanda ağ fosfordan istifadə edən üç bölmədən biridir.
Komandirlər Aşağıdakılar korpus komandiri vəzifəsində çalışmışlar:
General-polkovnik Yuri Xaçaturov (1996–1997) General-leytenant Manvel Qriqoryan (1996–2000) General-mayor Leon Yeranosyan (2000–8 oktyabr 2003) General-mayor Qaregin Qabrielyan (8 oktyabr 2003 – 20 iyul 2007) Polkovnik Poqos Poqosyan (20 iyul 2007–2010) General-mayor Kamo Ağacanyan (2010–21 mart 2013) General-mayor Tiqran Parvanyan (21 mart 2013 – 16 fevral 2018) Ararat Melkumyan (16 fevral 2018 – 18 iyun 2018) General-mayor Jirayr Poqosyan (18 iyun 2018–hal-hazırda)
İstinadlar
Kateqoriya:Ermənistan Silahlı Qüvvələri Kateqoriya:1996-cı ildə yarananlar