Mahmud Məhəmmədov () — 1995-2009-cu illərdə Rusiya, 2009-2016-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Karyerası Mahmud Məhəmmədov 2003-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının, 2006-cı ildə isə gənclər arasında Avropa Çempionatında qalibi oldu. 2009-cu il ərzində əvvəl Rusiyada İvan Yarıgin Turnirini bürünc medalla başa vuran Mahmud Məhəmmədov daha sonra Birləşmiş Ştatlarda Dave Şultz Turnirinin qalibi oldu.
Həmin il Azərbaycan Güləş Federasiyası (AGF) Mahmud Məhəmmədovu sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb etdi. Bir il sonra, 2010-cu ilin aprelində Mahmud Məhəmmədov Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib oldu. 2011-ci ildə Mahmud Məhəmmədov Almaniyada baş tutan Avropa Çempionatını isə bu səfər bürünc medalla başa vurdu. Həmin ilin iyulunda Mahmud Məhəmmədov həm də Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
2012-ci ilin fevralında Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirində qızıl medalına sahib olan Mahmud Məhəmmədov həmin il Avropa Olimpiya Təsnifat Turniri və Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış etdi və olimpiya lisenziyası əldə edə bilmədi.
2013-cü il ərzində beynəlxalq turnirlərdə mübarizə aparmayan Mahmud Məhəmmədov 2014-cü ildə Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu. Mahmud Məhəmmədov 2016-cı ildə 30 yaşında idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12003Yeniyetmələrin Avropa Çempionatı KYRM1.22006Gənclərin Avropa Çempionatı Macarıstan1.32009İvan Yarıgin Turniri Rusiya3.4Dave Şultz Turniri ABŞ1. Azərbaycan52009Qızıl Qran-Pri Azərbaycan5.62010Avropa Çempionatı Azərbaycan1.72011Avropa Çempionatı Almaniya3.8G. Kartozia & V. Balavadze Turniri Gürcüstan14.9Qızıl Qran-Pri Azərbaycan1.10Dünya Çempionatı Türkiyə15.112012Yaşar Doğu Turniri Türkiyə1.12Avropa Olimpiya Təsnifat Turniri Bolqarıstan7.13Dünya Olimpiya Təsnifat Turniri Finlandiya5.142014Qızıl Qran-Pri Azərbaycan3.152016Avropa Olimpiya Təsnifat Turniri Serbiya6.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri