İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun Həmyəli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd Pirqulu istiqamətində yerləşir.
Əhalisi Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şamaxı rayonunun kəndləri