Oleq Ayaz oğlu Nərimanbəyov ― kimya elmləri doktoru (1985), professor (1988), AMEA-nın müxbir üzvü (1989).

Həyatı Oleq Nərimanbəyov 22 sentyabr 1938-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. O, universiteti 1960-cı ildə Neft və qazın texnologiyası ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti Oleq Nərimanbəyov 1973-1979-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt filialında kafedra müdiri, 1979-1986-cı ildə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri, 1986-1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb.

Elmi fəaliyyəti Oleq Nərimanbəyov 1964-cü ildə kimya üzrə fəlsəfə doktoru, 1985-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1988-ci ildə professor elmi adını alıb. O, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Onun rəhbərliyi ilə 11 fəlsəfə doktoru hazırlanıb. Alim 200-dən çox elmi əsərin müəllifidir.

Oleq Nərimnabəyov yeni elmi istiqaməti - katalizator olmaqla bioüzvi sistem­lə­rin iştirakı ilə yavaş kimyəvi çevrilmələrin getməsini inkişaf etdir­ib. Onun rəhbərliyi altında Penisillium-rubrum ştammla­rı­nın iş­ti­rakı ilə neft-kimya sintezi məhsulları əsasında fenisinin biosintezinin texno­loji əsasları işlənilib. Alimin elmi əsərləri kimyəvi kinetika və kataliz sahəsin­də praktik və nəzəri tədqiqatlara, qeyri-üzvi və bio-üzvi katalizatorların proq­nozlaşdırılması və tədqiqatların xüsusiyyətinə, homogen və heterogen katali­zatorların iştirakı ilə əsas kataliz reaksiyalarının mexanizmləri və ge­netik qanunauyğunluqlarının öyrənilməsinə, ferment və poliferment sistem­lə­rin iştirakı ilə funksional üzvi birləşmələrin elmi əsaslarının işlənməsinə həsr olunub.

Mükafatları Oleq Nərimanbəyov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

Ölümü Oleq Nərimanbəyov 2002-ci ildə vəfat edib.

İstinadlar