Qonaqkənd — Azərbaycan Respublikasının Şamaxı rayonunun Qonaqkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır.

Tarixi XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791–1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir.

Coğrafiyası və iqlimi Kənd Cabanı yaylasının şimal–şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir.

Əhalisi Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Kənddə 166 təsərrüfat var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şamaxı rayonunun kəndləri