Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; ) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.*
Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başlayıb. 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağlamışdır. "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazanıb. Bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəlmiş və almaz sertifikat almışdır. Mahnı həmçinin onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı debüt albomunda da yer alır. Albomun həmçinin digər dörd mahnısı da hit olub: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etmişdir. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlanıb. Bu albomda yer alan "Robbery" sinqlı onun Billboard 200 çartında birinci pilləyə yüksələn ilk mahnısı olmuşdur.
Juice Wrld 9 dekabr 2019-cu ildə narkotikin həddindən artıq dozasından həyatını itirib.
Diskoqrafiya Studiya albomları Goodbye & Good Riddance (2018) Death Race for Love (2019) Legends Never Die (2020) Fighting Demons (2021) The Party Never Ends (TBA)
Filmoqrafiya Juice Wrld: Into the Abyss (2021)
İstinadlar
Kateqoriya:ABŞ repçiləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:XXI əsr ABŞ repçiləri