Səttar xan filmi (farsca:ستار خان) — Əli Hatəmi tərəfindən 1972-ci ildə çəkilmiş bioqrafik film. Film İran azərbaycanlılarından olan Səttar xan və onun həyatından bəhs etməkdədir. Həmçinin filmdə Səttar xanın Məşrutə inqilabında oynadığı rol geniş şəkildə əks etdirilmişdir. Filmdə öz dövrünün tanınmış aktyorları olan Əli Nasirian, İzzətullah Entezami, Pərviz Səyyad, İnayət Bəxşi və Cahangir Fouruhar və s. çəkilmişdir.

Filmdə həmçinin, digər azərbaycanlı məşhur inqilabçılar olan Heydər xan Əmioğlu və Bağır xan obrazları da yaradılmışdır.

Rollarda Filmdə çəkilmiş bəzi məşhur aktyorlar bunlardır: Əli Nasirian - Səttər xan İnayət Bəxşi - Bağır xan İzzətullah Entezami - Heydər xan Əmioğlu Pərviz Səyyad - Əli Müsyöo Məhəmmədəli Keşəvərz - Abbas Atabəy Cahangir Fouruhar Məhəmmədəli Sepanlı Cəlal Pişvayian Əbdüləli Hümayun Sadeq Bəhrami Sirus İbrahimzadə Bağır Şahrudi Həmçinin bax Səttar xan Atabəy parkı hadisəsi

İstinadlar

Kateqoriya:İran filmləri Kateqoriya:1972-ci ilin filmləri