Hacıhətəmli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Hacıhətəmli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Hacı Hətəm və Molla İsaq qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə baş vermiş və onlar əbədi olaraq bu yerlərdə məskunlaşmışlar. Məhz Hacıhətəmli və Mollaisaqlı kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdırAygün Zeynallı. "İsmayıllı rayonunun toponimləri", "Tərcüməşünaslıq və onun müasir dövrdə rolu" respublika tələbə elmi-praktik konfranslarının MATERİALLARI. Qafqaz Universiteti Nəşri, Bakı, 2011. səh. 5-6. .

Əhalisi Əhalisi əsasən haputlulardan ibarətdir. Əhalisi 2460 nəfərdir, 1242 kişi, 1218 nəfəri isə qadındır.

Kənddə 400 ev var; 3400 nəfər əhali yaşayır. Hacıhətəmli kəndində əsas üç Hapıt tayfası var: çoçanlılar izbaşlılar çühürlülər

İqtisadiyyatı Kənd camaatı əsasən, əkinçilik və maldarlıqla məşğuldur.

Təhsil Hacıhətəmli məktəbi 1925-ci ildə yaranıb və 1925–1926-cı tədris ilində 2 qrup ümumi 45 şagird (32 oğlan, 13 qız), 1 müəllim olmaqla 1 pilləli türk məktəbi kimi fəaliyyət göstərməyə başlayıb"Azərbaycan SSR Dövlət Plan Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərində "1925-1928-ci illərə dair Azərbaycan SSR qəzaları üzrə məktəblərin siyahısı". 1926–1927-ci tədris ilində 2 qrup 37 şagird, 1927–1928-ci tədris ilində isə 2 qrup, 24 şagird təhsil alıb.

İdman 2014–2015 mövsümü üçün AFFA tərəfindən 13 yaşadək qızlardan ibarət komandalar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatında Hacıhətəmli kənd məktəbinin "Babadağ" komandası baş məşqçi Ədalət Əhmədovun rəhbərliyi ilə ölkə çempionu adını qazanmışdır. 2015–2016 mövsümündə isə ikinci yeri tutmuşdur.

Futbolla müntəzəm məşğul olan kişilərdən ibarət "Tufan" komandası rayon birinciliyinin iştirakçısıdırFutbol üzrə İsmayıllı rayon birinciliyi . ismayilli-ih.gov.az, 16.06.2016 .

Din Kənddə Hacıhətəmli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri