Gəncəbasar FK — Azərbaycanın Gəncə şəhərini təmsil edən futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Əvvəlki adı Cəbrayıl olub.
Tarixi Cəbrayıl Klub 2021-ci ildə Cavid Hüseynov tərəfindən "Cəbrayıl" olaraq yaradılıb.
"Cəbrayıl" 2022/2023 mövsümündə Azərbaycan Region Liqasında çıxış edib.
Klub 2023/2024 mövsümündə Azərbaycan İkinci Liqasında mübarizə apararaq liqa cədvəlində ikinci olub və Azərbaycan Birinci Liqasına yüksəlmək uğrunda Birinci Liqanın cədvəlindəki 10-cu komanda olan "Araz Saatlı" ilə pley-off matçlarında qarşılaşıb. Qarşılaşmalar nəticəsində "Cəbrayıl" 5:1 ümumi hesabı ilə qalib gələrək Birinci Liqaya vəsiqə qazanıb.
2023/2024 Azərbaycan Kubokunda onlar "Ağdaş" komandasını məğlub edərək birinci seçmə mərhələni keçdilər.
2025/2026 Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsindən start götürmüş və "Şəfa" komandasına məğlub olmuşdur (0:3).
2026-cı ilin iyununda klub 1 milyon manata satışa çıxarılıb. İyulda 400 min manata satılıb.
Gəncəbasar
5 avqust 2026-cı ildə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin məlumatına görə, I Liqada yer alan "Cəbrayıl" bundan sonra "Gəncəbasar", II Liqa təmsilçisi "Quba" isə "Hypers" adlanacaq. Hər iki kollektiv ad dəyişikliyi ilə bağlı bütün hüquqi prosedurları yekunlaşdıraraq müvafiq sənədləri quruma təqdim edib. PFL-dən verilən məlumata görə, yarışların Əsasnaməsinə uyğun olaraq, adını dəyişən komandalar əvvəlki klubun bütün üzvlük hüquqlarını saxlayır və turnirlərdə iştirakla bağlı yarana biləcək öhdəlikləri yerinə yetirməyə davam edirlər.
23 avqustda "Kəpəz" ilə yoxlama matçına çıxıb. "Kəpəz"in məşq bazasında baş tutan görüşdə ev sahibləri 4:2 hesablı qələbə qazanıblar.
Stadionu Ev oyunlarını "Kəpəz" ilə birlikdə Gəncə şəhər stadionunda oynayır.
Baş məşqçi 14 sentyabr 2022-ci ildə Azər Nəsirov baş məşqçi təyin olunmuşdur. 4 iyul 2024-cü ildə Elhad Nəziri baş məşqçi təyin edilmişdir. 22 yanvar 2025-ci ildə istefa verib. Onun əvəzinə baş məşqçi Səbuhi Həsənov təyin edilmişdir.
21 avqust 2026-cı ildə Elhad Nəziri "Gəncəbasar" klubunun baş məşqçisi təyin olunmuşdur.
Maskotu 21 avqust 2026-cı ildə "Gəncəbasar" PFK-nin təqdimat mərasimində klubun rəsmi maskotu olan canavar obrazı ictimaiyyətə nümayiş etdirilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2021-ci ildə yarananlar Kateqoriya:Azərbaycan futbol klubları