Mədinə Vasif qızı Sadıqova () — Azərbaycan karateçisi. Avropa çempionu və ikiqat bürünc mükafatçısı.

Həyatı 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 55 kq çəki dərəcəsində bürünc medal qazanıb.

2022-ci ildə Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında qadınlar arasında 55 kq çəki dərəcəsində bürünc medal əldə edib.

2023-cü ildə Polşada keçirilən Avropa Oyunlarında qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb. Öz çəkisində qrupda üçüncü yeri tutaraq yarımfinala adlaya bilməyib.

O, 2023-cü ildə Macarıstanın paytaxtı Budapeştdə baş tutmuş karate üzrə dünya çempionatında qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Mədinə Sadıqova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

2026-cı ilin may ayında Almaniyanın Frankfurt şəhərində təşkil olunmuş Avropa çempionatında bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub. Bununla da, o, böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

Şəxsi həyatı 6 yanvar 2001‑ci ildə Gəncə şəhərində anadan olub. 2010-cu ildə həlak olmuş Azərbaycan ordusunun kapitanı Vasif Sadıqovun qızıdır.

2018–2022‑ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Karate üzrə məşqçi-müəllim ixtisası üzrə təhsil alıb.

İstinadlar

Xarici keçidlər Dünya Karate Federasiyasının (WKF) saytında profili

Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Karate üzrə Avropa çempionları Kateqoriya:Karate üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları