İki Çay Arasındakı Torpağın Qadın Müdafiə Qüvvələri —Suriyada kiçikhəcmli qadın batalyonu. Onun üzvləri Suriyanın şimal-şərqindəki Əl-Qəhtaniyyə qəsəbəsində təlim keçmiş və Suriyada İŞİD-ə qarşı döyüşən çoxsaylı kiçik milis qruplarından biri olublar. Süryani xristian qadınlarından ibarət idi.
Tarixi Batalyonun adındakı "İki çay" Dəclə və Fərat çaylarına aid edilir.
Suriyada vtəndaş müharibəsi zamanı Suriya əhalisinin 10%-dən çoxunu təşkil edən xristianlar İslam Dövləti altında ağır təqiblərə məruz qalmışdılar. Minlərlə insan evlərindən qovulmuşdu və cihadçılar tərəfindən ələ keçirilən ərazilərdə xristianlara ya islamı qəbul etmək, ya dini rüsum ödəmək, ya da edam edilmək seçimi verilmişdi.
İstinadlar
Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Suriya qadınları