Mqer Qriqoryan (; ) — hazırda Ermənistanın baş nazirinin müavini vəzifəsində çalışan erməni siyasətçi.

Həyatı Mher Qriqoryan 1989-1991-ci illərdə Moskva Dövlət Universitetində hüquq təhsili alıb. 1991-1994-cü illərdə İrəvan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 1997-1998-ci illərdə Böyük Britaniyanın Lids Universitetinin Biznes Məktəbində 6 aylıq kvalifikasiya kursu keçib.

Fəaliyyəti

Əmək fəaliyyəti Mher Qriqoryan 1994-1996-cı illərdə Rusiya Federasiyasında fərdi sahibkar kimi fəaliyyət göstərib. Peşə fəaliyyətinə 1996-cı ildə ER Mərkəzi Bankında hüquqşünas kimi başlamış, daha sonra baş hüquqşünas-məsləhətçi, 1997-1999-cu illərdə isə hüquq şöbəsinin müdiri kimi davam etmişdir. 1999-2005-ci illərdə "Armerartbank" QSC-də (indiki "Ameriabank" QSC) hüquq xidmətinin rəhbəri, əməliyyat direktoru vəzifələrində çalışıb.

İstinadlar