Fatih Akın () — türk mənşəli alman kinorejissor və ssenarist.

Həyatı Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb.

2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.

İstinadlar

Kateqoriya:Hamburqda doğulanlar Kateqoriya:Almaniya rejissorları Kateqoriya:Almaniya kinorejissorları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri