Bağdad mühasirəsi — 1446-cı ildə Qaraqoyunlu hökmdarı Cahanşaha qarşı müstəqil hərəkət edən Bağdad Qaraqoyunlularına qarşı hərbi yürüş.
Yürüşdən əvvəl Qaraqoyunluların Bağdad hakimi Əmir İsfahan 1443-cü ildə ölmüşdür. O, ölmədən əvvəl qardaşı oğlu olan Əlvənd Mirzəni yerinə hakim təyin edilməsini istədi. Ancaq Əmir İsfahan öldükdən sonra onun vəsiyyətinə uyulmamışdır. Məzid bəy kuri, Əmir Şiblullah, Rüstəm Tarxan, Ağqoyunlu Əmiri Mahuq, Ahur Əmiri Hüseyin kimi əmirlər Fulad Mirzəyi hakim təyin etdi. Ancaq Əlvənd Mirzə Bağdad üzərinə orduyla yürüsədə məğlub oldu və əmirlərdən bir neçəsi Sultan Cahanşahın yanına gedərək onu Bağdad üzərinə yürüşə təşvik etdi.Hasan-ı Rumlu, Ahsanüt Tevarih, s.224İsmail Aka, İranda Türkmen Hakimiyyeti, s.25Bağdatda gündən günə işlər pisləşmiş, mədrəsə ve elm ocaqları xarabəyə çevrilmiş, muharibələrə görə Məscid və Məqbərələr yıxıldığını eşidən Sultan Cahanşah oraya ədalət gətirmək üçün yola çıxdı.Abdulhüseyin Nevai, Esnâd ve Mukâtebât, s.527
Bağdad yaxınlığında döyüşlər Cahanşah böyük bir ordu ilə yürüdüyü zaman, Rüstəm Tarxan, Fulad Mirzəyə üz çevirib Cahanşahın ordusuna qatıldı.Cahanşah, qardaşı oğlu Əlvənd Mirzə, Əmir Bəyazid Bistam, Əmir Saru, Pir Əli və Əmir Nurəddin kimi 60 əmiri böyük bir ordu ilə 30 min qatırlıq yük ilə Bağdadın şərqinə getməsi üçün yolladı.K. Avedis, Sanjian, Colophons, s.257Bağdadın surları içində bir çox döyüş olmuşdur. Diclə körpüsü üzərində böyük bir döyüş meydana gəlmiş, gəmicilər körpüyü ikiyə ayıraraq gəmiləri şəhər ətrafına gətirmişdir.Cahanşahın əmirlərindən Əmir Saru, Pir əli və Əmir Nurəddin kimi əmirlər meydanda, bəziləri isə suda boğularaq ölmüşdür.Əbu Bəkir Tehrani, Kitab-î diyarbəkiriyyə, s.113
Bağdad fəthi Cahanşah və ordusu, Bağdad Qaraqoyunlularnın ordusunun müqaviməti qırırdı, Ömər şeyx və Rüstəm Tərxan Bağdadı Cahanşaha təslim etdi. Akca qapıdan Bağdad şəhərinə girdi və 3 gün talan edildi.H. Yınanç, Cihanşah, s.175 Səfəvi tarixcisi Həsən bəy Rumlu yazır :
''Mirzə İsgəndərin oğlunun əsgərləri arasında məharətli və cəsarətli olan gənclər var idi. Axşam böyük bir döyüş oldu. Hər an kəskin qılıncların parıltısından göyə ildırım yüksəlir, hər həmlədə meydanı arşınlayan attan yer göyə dəyişirdi. Ətrafdan nə qədər atlı və yaya onun üzərinə hücum etsədə onu tuta bilmədilər. Səhər vaxtı Padişahın insafına güvənərək Sultan Cahanşaha sığındı. Eyni döyüş silahı ilə sallana sallana güvənlik xiləti ümid edərək Türkmən padişahı qarşısında diz çökdü, aman dilədi. Cahanşah isə onun düşkün və məğlub halına baxmayaraq əsirlərə qarışdırılaraq öldürülməsini əmr etdi.Həsən-ı rumlu, Ahsanüt Tevarih, s.245 Beləliklə 7 aylıq mühasirədən sonra Bağdad Əmir Makuh və Ömər Şeyx tərəfindən Cahanşaha açarları ilə verildi.Əbu Bəkir Tehrani, Kitab-î Diyarbəkiriyyə, s.114Bununla Cahanşah Bağdadı alaraq Qara Yusif torpaqlarının çəkirdəyini, yəni İraq-i Ərəb və Azərbaycanı birləşdirdi.John Woods, Akkoyunlular, s.138
Həmçinin bax Cahanşah Əlvənd Mirzə (Qaraqoyunlu) Fulad Mirzə Qaraqoyunlular Bağdad Kateqoriya:Qaraqoyunluların döyüşləri Kateqoriya:Ağqoyunluların döyüşləri Kateqoriya:Azərbaycanın döyüşləri
İstinadlar