Abdurrəhman Tutdərə () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Abdurrəhman Tutdərə 1976-cı ildə Adıyaman ilində anadan olub. Atatürk Universitetinin Hüquq bölməsindən məzun olub.
2001-ci ildən Adıyaman Vəkillər Kollegiyasında çalışıb. Adıyaman Vəkillər Kollegiyasında sədr müavini, Türkiyə Vəkillər Kollegiyasında Uşaq hüquqları Şurasının üzvü vəzifələrində təmsil olunub.
Siyasətə 1998-ci ildə Cümhuriyyət Xalq Partiyası Adıyaman ili gənclər qanadında qoşulub. 2018 və 2023-cü illərdə Adıyaman ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci çağırışda Konstitusiya Komissiyası, 28-ci çağırışda isə İnsan Hüquqları Komissiyasının üzvü olub.
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları