Yaşar Tüzün () — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı.
Həyatı Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib.
Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub.
Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXII çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları