Homo sapiens (; yəni Ağıllı insan), və ya sadəcə insan — primatların ən çoxsaylı və ən geniş yayılmış növü. Hominidlər (superfamiliya — meymunlar) fəsiləsinin Homo cinsinə aiddir və dik duruşu, növün digər nümayəndələri ilə ünsiyyət üçün nitqdən istifadə etməsi, əmək alətlərindən istifadə etməsi, habelə müstəsna dərəcədə inkişaf etmiş koqnitiv qabiliyyətləri kimi, o, beynin böyük ölçüsünə və struktur xüsusiyyətlərinə borcludur.

İnsanlar — son dərəcə sosial canlılardır və ailədən tutmuş dövlətə qədər bir çox kooperativ və rəqabətli qruplardan ibarət mürəkkəb sosial strukturlar daxilində yaşamağa meyillidirlər. İnsanlar arasında müxtəlif sosial qarşılıqlı əlaqələrin nəticəsi sosial normaların və ictimai dəyərlərin, o cümlədən ritualların, dillərin, cəmiyyətdə maddi və qeyri-maddi mədəniyyətin digər təzahürlərinin yaranmasıdır.

İnsanın ətraf aləmi, onun hadisələrini və həyata təsirini dərk etmək istəyi elm və texnikanın, eləcə də bir sıra başqa anlayışların, o cümlədən fəlsəfə, din və mifologiyanın yaranmasına səbəb olmuşdur.

İnsanın müasir anatomiyası () təqribən Afrikada meydana gəlib, Heydelberq insanından (və ya Rodeziyalı insandan) təkamül edərək, Afrikadan köç edərək, tədricən birləşərək digər arxaik insanları əvəz etmişdir.

Tarixlərinin çox hissəsində insanlar köçəri həyat tərzi sürən ovçu-yığıcılar olublar. Müasir tipli davranışı insanlar təxminən — nümayiş etdirməyə başladılar. Cənub-Qərbi Asiyada təqribən başlayan Neolit inqilabı eyni zamanda, bir sıra başqa yerlərdə kənd təsərrüfatının yaranması və daimi yaşayış məskənlərinin formalaşması ilə əlamətdardır. Əhalinin sayı və sıxlığı artdıqca həm icma daxilində, həm də icmalar arasında qarşılıqlı əlaqələri idarə etmək üçün müxtəlif hakimiyyət formaları meydana çıxmağa başladı. Tarix boyunca bir neçə sivilizasiya formalaşmış və tənəzzülə uğramış, bununla belə Yer kürəsində insanların sayı artmaqda davam etmişdir və 2022-ci ildə dünya əhalisi 8 milyard nəfərə çatmışdır.

Genlər və ətraf mühit fiziki görünüş, bədən ölçüsü, fiziologiya, xəstəliyə həssaslıq, intellekt və həyat müddətində fərdlər arasında bioloji fərqlərə təsir göstərir. İnsanlar bir çox cəhətdən fərqlənsələr də (həm genetik xüsusisyyət, həm də fiziki xüsusiyyətlərə görə), istənilən iki insan genetik cəhətdən 99%-dən çox bir-birilə oxşardır. İnsanlar cinsi dimorfizm ilə xarakterizə olunur: kişi orqanizmi, bir qayda olaraq, daha çox əzələ gücünə malikdir, qadının bədənində isə daha çox yağ toxuması var. Yetkinlik dövründə insanlarda ikinci dərəcəli cinsi xüsusiyyətlər yaranır. Qadınlar hamilə qala bilirlər — orta hesabla, yetkinlik dövründən (təxminən 12 yaşından) başlayaraq təxminən 50 yaşında menopauzaya qədər.

İnsanlar omnivordurlar, müxtəlif bitki və heyvan qidalarını yeyə bilirlər və insanlar Homo erectus dövründən bəri yemək bişirmək üçün oddan (və ya digər qızdırma üsullarından) istifadə edirlər. İnsan yeməksiz 8 həftə və susuz 3–4 gün yaşaya bilər. İnsanlar əsasən gündüz həyat tərzi keçirirlər, gündə orta hesabla 7–9 saat yatırlar. Uşaq doğma özündə yüksək risklər və hətta ölüm riski daşıyır. Körpələr doğulduqdan sonra köməksiz qalırlar və uşağa çox vaxt hər iki valideyn baxır.

Homo sapiens böyük, yüksək inkişaf etmiş və mürəkkəb prefrontal korteksə, daha yüksək idrak qabiliyyətləri ilə əlaqəli beyin sahəsinə malikdir. İnsanlar yüksək intellektli, yüksək inkişaf etmiş epizodik yaddaşa, çevik üz ifadələrinə, özünü dərk etməyə və başqalarının niyyətlərindən xəbərdar olmağa malikdirlər . İnsan beyni özünümüşahidə və refleksiya, təfəkkür, təxəyyül, iradənin həyata keçirilməsi və varlığa baxış formalaşdırmağa qadirdir. Bütün bunlar texnoloji tərəqqi və mürəkkəb alətlərin inkişafını mümkün etmişdir, mürəkkəb əsaslandırma və biliklərin sonrakı nəsillərə ötürülməsi olmadan bu mümkün olmazdı. Dil, sənət və ticarət insanı müəyyən edən xüsusiyyətlərdir; güman edilir ki, uzun ticarət yolları mədəniyyətin sürətli inkişafının və resursların paylanmasının əsas səbəbi ola bilər ki, bu da insanlara digər oxşar növlərlə müqayisədə böyük üstünlüklər verir.

İnsanın öyrənilməsi İnsan bioloji növ kimi fiziki antropologiyanın öyrənilməsi mövzusudur. Bu gün insanın bir fərd, şəxsiyyət və ya bəşər əhalisinin bir üzvü kimi elə bir cəhəti yoxdur ki, xüsusi elmi araşdırmalarla əhatə olunmasın. İnsanı və bəşəriyyəti öyrənən əsas elmlər aşağıdakılardır:

Antropologiya Fiziki antropologiya Mədəni antropologiya Linqvistik antropologiya Sosial antropologiya Siyasi antropologiya Arxeologiya İnsan biologiyası Genocoğrafiya Tarix Dilçilik Tibb Psixologiya Neyropsixologiya Etologiya Sosiologiya Mədəniyyətşünaslıq Genealogiya Etnoqrafiya

Bununla yanaşı, qədim zamanlardan bu günə kimi insanın təbiəti və mahiyyəti fəlsəfi və dini disputların mövzusudur .

Mənşəyi və təkamülü DNT ardıcıllığının müqayisəsi göstərir ki, insanlara ən yaxın canlı növü iki növ şimpanzedir (adi şimpanze və bonobo).Kumar S. et al. Placing confidence limits on the molecular age of the human-chimpanzee divergence. PNAS, 2005, v. 102, p. 18842–18847Brunet M. et al. A new hominid from the Upper Miocene of Chad, Central Africa. Nature, 2002, v. 418, p. 145–151 Müasir insanların (Homo sapiens) mənşəyi ilə əlaqəli olduğu filogenetik nəsil 6–7 milyon il əvvəl (Miosen dövründə) digər hominidlərdən ayrılmışdırChen F-C, Li. W-H. Genomic Divergences between Humans and Other Hominoids and the Effective Population Size of the Common Ancestor of Humans and Chimpanzees. Am. J. Hum. Genet., 2001, v. 68 p. 444–456M. Ruvolo. Molecular Phylogeny of the Hominoids: Inference from Multiple Independent DNA Sequence Data Sets, Mol. Biol. Evol. 14 (1997) 248–265.Salem A-H. et al. Alu elements and hominid phylogenetics. PNAS, 2003, v. 100, p. 12787–12791. Bu xəttin digər nümayəndələri (əsasən australopithecus və Homo cinsinin bir sıra növləri) bu günə qədər gəlib çatmayıb.

Homo sapiensin ən yaxın nisbətən etibarlı əcdadı Homo erectus olmuşdur. Homo erectusun birbaşa nəsli və neandertalların əcdadı olan Homo heidelbergensis, görünür, müasir insanların əcdadı deyil, daha çox yan təkamül xəttinin üzvüdür. Müasir nəzəriyyələrin əksəriyyəti Homo sapiensin mənşəyini Afrika ilə əlaqələndirir, Homo heidelbergensis isə Avropada yaranıb.

İnsanların meydana gəlməsi bir sıra əhəmiyyətli anatomik və fizioloji dəyişikliklərlə əlaqələndirilir, o cümlədən:

Beynin struktur dəyişiklikləri Kəllə boşluğunun və beynin genişlənməsi İki ayaq üzrəində hərəkətin inkişafı (bipediya) Tutan əlin inkişafı Qırtlaq və dilaltı sümüyün prolapsı Dişlərin ölçüsünün kiçilməsi Menstruasiya tsiklinin meydana gəlməsi Tük örtüyünün əhəmiyyətli azalması .

Mitoxondrial DNT polimorfizmlərinin müqayisəsi və fosillərin analizi Homo sapiensin təqribən (bu, bütün hazırda yaşayan insanların sonuncu ortaq ana əcdadı olan qadının " Mitoxondrial Həvva "nın yaşadığı təxmini vaxtdır; bütün hazırda yaşayan insanların ata tərəfdən ortaq əcdadı olan " Y-xromosomlu Adəm " bir qədər sonra yaşamışdır) ortaya çıxdığını göstərir.Cavalli-Sforza L. L., Feldman M. W. The application of molecular genetic approaches to the study of human evolution. Nature genetics, 2003, v. 33, p. 266–275

Tarixi İlk insanlar köçəri ovçu və yığıcı idilər. Təxminən eramızdan əvvəl 10-cu minillikdə insanlar əkinçiliklə məşğul olmağa başladılar, Neolit İnqilabı baş verdi. Kənd təsərrüfatının inkişafı ilə əhali sayının artması və Qədim dünyanın ilk sivilizasiyalarının formalaşması baş verdi.

Bəşər sivilizasiyasının ayrılmaz tərkib hissələri müxtəlif dövrlərdə yaranmışdır. Onlardan bəziləri Homo sapiensin ortaya çıxmasından çox əvvəl meydana gəlmişdir.

Qədim insanlar zəngin Son Paleolit mədəniyyəti (daşdan, sümükdən və buynuzdan hazırlanmış müxtəlif alətlər, yaşayış evləri, tikişli geyimlər, mağara divarlarında polixrom rəsm, heykəltəraşlıq, sümük və buynuz üzərində oyma) yaratmışlar.

Daş alətlər: Bu günə qədər ən qədim alətlər Olduvay dərəsində (Tanzaniya) tapılan alətlərdir. Onların yaşı 2,6 milyon il olaraq qiymətləndirilir.

Alovun mənimsənilməsi: Bir sıra arxeoloji tapıntılar hominidlərin ən azı 1,6–1,5 və 1 milyon il əvvəl oddan istifadə etdiyini göstərir.Rowlett R. M. Did the use of fire for cooking lead to a diet change that resulted in the expansion of brain size in Homo erectus from that of Australopithecus africanus? Science, 1999, V. 283, p. 2004–2005Brain C. K., Sillent A. Evidence from the Swartkrans cave for the earliest use of fire. Nature, 1988, v. 336, p. 464–466

İncəsənət: Ən qədim sənət nümunələrinə dəniz kirpisinin qalıqları ilə bəzədilmiş əl baltası daxildir. Onun yaşı olaraq qiymətləndirilir. Bəzi tədqiqatçılar İsraildə tapılan cilalanmış çınqılları ən qədim sənət nümunəsi hesab edirlər. Bu daş qadın obrazı ola bilər. Artefaktın yaşı — dir.

Dil və nitq: İnsanda və ya onun əcdadlarında dilin və nitqin yaranma vaxtı yalnız dolayı arxeoloji və ya anatomik məlumatlardan təxmini olaraq müəyyən edilə bilər. İnsan beyninin nitqin tənzimlənməsi ilə əlaqəli sahələrinin inkişafı (Broka və Vernik zonaları) 2 milyon il yaşı olan Homo habilis kəlləsində müşahidə edilə bilər. right|thumb|200x200px| "Pekin adamı"nın (" sinantrop ") kəlləsinin rekonstruksiyası. Müasir antropologiyada Homo erectus kimi təsnif edilir Maddi mədəniyyətin inkişafında bir-birindən artefakt tipinə (ilk növbədə əmək alətləri) və onların yaradılması texnologiyalarına görə fərqlənən bir neçə arxeoloji mədəniyyət fərqlənir.

Olduvay mədəniyyəti — 2,5–1,5 milyon il. Abbevil mədəniyyəti — 1,5 milyon– . Aşel mədəniyyəti — – . Mustye mədəniyyəti — – .

Hər hansı bir sivilizasiyanın bir hissəsi olub-olmamasından asılı olmayaraq, planetdəki insanların bütün əhalisi bəşəriyyət adlanır. Başqa sözlə, bəşəriyyət bütün insan fərdlərinin məcmusudur. Mədəniyyətlərin müxtəlifliyi, sosial həyat formaları və ictimai təşkilatlanma ictimai və humanitar elmlərin (sosial və mədəni antropologiya, sosiologiya, iqtisadiyyat, tarix və s.) öyrənilməsi obyektidir.

İşi asanlaşdırmaq üçün bəşəriyyət tarixi adətən mərhələlərə bölünür:

İbtidai icma və ya tarixəqədərki cəmiyyət Qədim dünya Orta əsrlər Yeni vaxt Müasir dövr (1918 — indiki zaman).Маныкин А. С. Новая и Новейшая история стран Западной Европы и Америки. — М.:Филол. о-во "СЛОВО"; Эксмо, 2004. — Стр. 6.

Biologiyası

Xarici görünüş, anatomiya və fiziologiya thumb| Qadın və kişi cinsli insanın əsas anatomik xüsusiyyətləri. Şəkildəki modellərdən tüklər çıxarılıb. (başdakı saçlar istisna olmaqla) Qadının ayaq dırnaqları qırmızı rəngə boyanıb, barmağında üzük, qulağında sırğa var. İnsanların anatomik quruluşu digər primatların anatomik quruluşuna bənzəyir. Ən bariz xarici fərqlər skelet sümüklərinin ölçülərinin, beynin həcminin və dərinin tüklülüyünün nisbətidir.

Beyin İnsan son dərəcə inkişaf etmiş bir beyinə malikdir. Beyin kütləsinin bədən kütləsinə nisbəti bir çox digər heyvanlardan (məsələn, kiçik quşlarС. В. Савельев. Происхождение мозга. — М. : ВЕДИ, 2005. — 368 с: ил. ISBN 5-94624-025-0, hörümçəyəbənzər meymunlarАльфа и Омега, Таллин, 1988 istisna olmaqla) ilə müqayisədə daha böyükdür və beynin mütləq kütləsi yalnız fillərdə və cetacea-larda daha böyükdür. Beynin inkişaf dərəcəsini, xüsusən də onurğa beyninin kütləsinin beyinə nisbəti ilə qiymətləndirmək olar. Beləliklə, pişiklərdə 1:1, itlərdə — 1:3, aşağı meymunlarda — 1:16, insanlarda — 1:50-dir. Üst paleolit insanlarında beyin müasir insanların beynindən nəzərəçarpacaq dərəcədə (10–12%) böyük idi .

İnsanlarda tarazlıq və hərəkətlərin koordinasiyası üçün cavabdeh olan beynin yaxşı inkişaf etmiş sahələri var ki, bu da onlara iki ayaq üzərində gəzməyə imkan verir.

Hiss orqanları İnsan beyninin iybilmə sahələri zəif inkişaf etmişdir ki, bu da son dərəcə zəif qoxu hissiyatı ilə uyğundur. Digər tərəfdən, insanlar, bütün primatlar kimi, stereoskopik görmə qabiliyyətinə malikdirlər.

Fiziologiya Normal insan bədən temperturu təxminən 36,6 ° C-dir. 42 ° C-dən çox olan sabit bədən istiliyində insan ölür.