Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri.

Adlandırma Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir.

Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır.

"Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "" (; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.

Mənşə Qaraçılar Hind-Avropa mənşəli xalqlara aiddir. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa, toxunurlar. Xüsusilə, Prosper Merime "Karmen" əsərində belə bir ifadə işlədir: Qaraçıların tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür; lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır. 200px|thumb|Qaraçıların Avropaya miqrasiyası|left Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşlar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdir.

Məskunlaşma

Azərbaycanda

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qaraçıların statistikasında dəqiqlik yoxdur. Onların Azərbaycan torpaqlarına ilk gəlişi I Şah Abbasın köçürmə siyasəti ilə baş versə də, XX əsrin 60-70-ci illərində Qazaxıstandan kütləvi şəkildə miqrasiya etdikləri də məlumdur. Onların sayı zamanla dəyişıb. Elə sonuncu əhalinin qeydiyyata alınması prosesində onlar hesaba alınmayıb. Başqa sözlə, "havada qalan" bu təbəqə daxili miqrant olduğundan qeydiyyata düşməyib. 2012–2014-cü illərə aid olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır."Qafqazinfo.az" internet qəzeti: Qaraçılar niyə millət, xalq ola bilmir ? — Xəbərin onlayn yayımlanma tarixi: 08.04.12 | 14:08 ; Yoxlanılıb: 30. mart 2015Lider TV–nin 8 aprel 2014-cü il tarixli reportajı: Beynəlxalq Qaraçılar Günü Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar.

Adət-ənənələri Qaraçılar tarixən köçəri həyat tərzi sürürlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri (torpaqda işləmək üçün) istehsalı ilə məşğul olurlar.

Qaraçıların özlərinə məxsus elə adət-ənənələri vardır ki, bunlar heç bir xalqa mənsub deyildir. Məsələn, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə nadir hallarda evlənə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar. Amma öz adət-ənənələrini dəyişmək kimi fikirləri olmur. Məsələn, qaraçı adətinə görə, onların qızı yalnız qaraçı oğlanla evlənə bilər. Bu onların ali qanunlarından biridir.

Qaraçılar haqqında çox insan alçaldıcı fikirlər söyləyə bilər. Amma bu etnik qrupun özünə görə mədəniyyəti, zəngin musiqisi, maraqlı adət-ənənələri var. Qaraçı musiqisi dünyada şohrət tapan musiqi janrıdır ki, onun da öz fanatları var. Avropa ölkələri qaraçılardan çox xüsusiyyətlər götürüblər. Misal üçün, məşhur "Flaminqo" rəqsinin müəllifi qaraçılardır. Onlar haqqında çəkilmiş gözəl ekran əsərləri"Budulayın qayıdışı", "Yeseniya", bizim "Qaraca qız" filmi bu gün də sevilir. Brazilyanın məşhur seriallarında da qaraçı həyat tərzi çox vaxt qabarıq təbliğ olunur. Yeri gəlmişkən, britaniyali komik usta, səssiz filmin qəhrəmanı Çarli Çaplinin də qaraçı olduğu artıq təsdiqlənib. Bu onun dayısı oğlu Cek Hillin məktubu ortaya çıxan zaman məlum olub. Sən demə, bu aktor İngiltərənin parklarının birində dünyaya gəlib, həmin o küçə həyatı yaşayan ailədən çıxıb. Kino, teatrdan söz düşmüşkən, dünyada ən böyük qaraçı teatrı Moskvada yerləşir. "Romen"adlı teatrın repertuarı daim təzələnir.

Hazırda dünyada qaraçıları məşhur edən onların musiqi və rəqsindən sonra falıdır. Bu falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi maraq doğurur. Amma onların müştərilərini hipnoz edərək soymaları da diqqətdən qaçmır. Bu fırıldaq sənətə baxmayaraq onların arasında milyonlar qazananlar, milyonçuya çevrilənlər də var. Ümumiyyətlə, dünyada qaraçılar haqqında "yoxsul" kəlməsinin istifadəsi yerində deyil. Avropada elə qaraçı baronları var ki, onların yaşadığı evlər, malikanələrin qiyməti milyonlarla avroyla ölçülür. Vaxtiylə " kral" titulu ilə məşhur olan qaraçı milyonçusu Ruminyada yaşamış İon Çoabe(1997-ci ildə ölüb)olub. Hazırda onun oğlu Florian Çoabedir ki, bu milyonçunun da illik gəlirinin rəsmi olaraq 70–80 milyon avro olduğu bildirilir. Diğər qaraçı milyonçusu Kosovada yaşayan Nəcməddin Nəsirin illik gəliri isə 100 milyon avro ilə ölçülür. Qaraçıların siyasətlə məşğul olması fikri çoxuna qəribə gəlsə də, hazırda Avropada qaraçı qanını daşıyan siyasətçilər var. Türkiyənin nazır müavinlərinin, Ruminiyanın baş nazırınin qaraçı olduğu iddiaları da gündəmdədir

Məşhur insanlar Adrian Minune — Rumıniyalı müğənni Anna Netrebko — Rusiyalı aktrisa və opera ifaçısı Eleni Vitali — yunan müğənnisi Esma Recepova — qaraçıların kraliçası adlandırılan Şimali Makedoniyalı müğənni Filipp Kirkorov — erməni və bolqar əsilli Rusiya müğənnisi Florin Salam — Rumıniyalı müğənni Nikolay Sliçenko — Rusiyada aktyor Zlatan İbrahimoviç — Bosniya əsilli İsveç futbolçusu

Mənbə Gypsy-life.net—Информационный проект, посвящённый цыганской истории и культуре: Этнические группы цыган

Həmçinin bax Akinqanor feodu

İstinadlar

Xarici keçidlər Qaraçılar. Günay Azəri, Kəpəz TV, 13. iyun 2013 Marushiakova, Elena and Vesselin Popov. 2016. Gypsies of Central Asia and Caucasus. London: Palgrave Macmillan. Marusiakova, Elena & Vesselin Popov. 2025. Dom/Garachi in Azerbaijan among the Dom Communities in the Middle East and North Africa. Kulturní studia / Cultural Studies, 24 (1): 3-37.

Kateqoriya:Köçəri xalqlar Kateqoriya:Azərbaycanda yaşayan etnik qruplar Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Hindistanda yaşayan etnik qruplar Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Cənubi Amerika xalqları Kateqoriya:Xristianlıq Kateqoriya:Qaraçılar Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Atlı xalqlar