İsgəndər Bayhan () — iqtisadçı, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı İsgəndər Bayhan 1971-ci ildə Artvin ilinin Şavşat ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Artvində alıb. Anadolu Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub.

Əmək Partiyasının sədr müavinidir.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib.

Evli və 1 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə kommunistləri Kateqoriya:Türkiyə jurnalistləri