Donald Ceyms Kram () — amerikalı kimyaçı, 1987-ci ildə"Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" kimya üzrə Nobel mükafatı laureatı olub , bu mükafatı həmkarları Jan-Mari Len və Çarlz Pedersen ilə paylaşdı. Bir karbonil qrupuna malik nukleofilik təsirin nəticəsini proqnozlaşdıran bir model Kram qaydası ilə tanınır. Len və Pedersen ilə birlikdə supramolekulyar kimya sahəsində qondarma "ev sahibi-qonaq" kompleksinin kimyasını qurdu.

Bioqrafiyası D. Kram Vermont ştatının Çester şəhərində mühacir ailəsində doğulub böyüyüb boya başa çatmışdı. Atası Şotland əsilli , anası isə Alman əsilli idi. Atası Kram dörd yaşına çatmamış öldü və o, başqa uşaqların dəstəyi ilə böyüdü. Erkən yaşda işləməyə başladı, meyvə toplamaq, qəzet çatdırmaq, ev rəngləmək kimi işlərlə məşğul oldu ki , öz fortepiano dərslərini ödəmək üçün pul qazanmağa məcbur idi. On səkkiz yaşına kimi o, çox müxtəlif ixtisas üzrə çalışmışdır.Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года. D. Kram Nyu-Yorkun Long Island şəhərindəki Vinvuud Liseyində oxuyub.James , Laylin K. Nobel Laureates in Chemistry 1901–1992 (неопр.). — Washington, DC: American Chemical Society and Chemical Heritage Foundation, 1994. — С. 146pp. — ISBN 0-8412-2459-5. 1938–1941-ci illərdə Florida ştatının Vinter Park şəhərindəki Rollins Kollecində oxuyub və Milli Şərəf Təqaüdünə layiq görülüb. Orada kimya kafedrasında müəllim köməkçisi işləyib, çox fəal müəllim olub, xorda oxuyub, Pfi və Zeta Alfa Elison Cəmiyyətinin üzvü və Lamba Çi Alfanında fəalı olub. D. Kram təcrübələr üçün öz avadanlıqlarını yaratmaqla kollecdə bir qədər şöhrət qazandı. Rollinsdən 1941-ci ildə kimyadan bakalavr məzunu oldu. Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года. 1942-ci ildə Nebraska-Linkoln Universitetini magistr dərəcəsi ilə bitirdi. Üzvi kimyadan müəllimi Norman O. Kromvelin olubDonald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.. Onun tədqiqat mövzusu "Aminoketonlar, heterosiklik ikincili aminlərin bromla doymamış ketonlarla reaksiyalarının mərhələli mexanizmi"olmuşdu.University of Nebraska Research Library entry. Дата обращения: 9 декабря 2012. Архивировано из оригинала 18 февраля 2020 года. 1947-ci ildə D. Kram Harvard Universitetini üzvi kimya fəlsəfə doktoru adı ilə bitirdi. Orada o, "2-(ketoalkil)-3hidroksi-1,4-naftoxinonların sintezi və reaksiyaları" adlı dissertasiya işini yazdı. Harvard Library Hollis search

Karyerası 1942-ci ildən 1945-ci ilə qədər D. Kram Merck & Co-nun laboratoriyasında Maks Tişlerin rəhbərliyi altında penisilin üzərində tədqiqatlar apardı. Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года. O, dissertasiya işini Massaçusets Texnologiya İnstitutunda professor Con D. Robertsin rəhbərliyi altında aparıb. Karbon birləşməsinin nukleofil təsiri reaksiyasının nəticəsini proqnozlaşdıran asimmetrik induksiya qaydasını və ya Kram qaydasını kəşf etdi. Üzvi kimya üzrə bu barədə 350-dən çox monoqrafiya və 8 kitab nəşr etdirmişdi. Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года.

Elmi işi D. Kram, Çarlz Pedersenin spesifik metal ionlarını tanıyan və seçici şəkildə birləşdirə bilən iki ölçülü üzvi birləşmələri olan yeni efirlərinin innovativ sintezini genişləndirdi. Kram bu strukturları üçölçülü strukturlara çevirən molekulları sintez edərək, onların üçölçülü strukturlarının bir-birini tamamlaması səbəbindən digər reagentlərlə seçici şəkildə qarşılıqlı təsir göstərə bilən müxtəlif formalı molekullar kütləsi yaratdı. Kramın işi sintezdə irəliyə doğru böyük bir addım idi: fermentləri və digər təbii molekulları təqlid edən strukturların yaradılması, onların davranışı strukturun xüsusiyyətləri ilə müəyyən edilməsi. D. Kram həmçinin asimmetrik induksiya qaydasını (Kram qaydası) təklif edərək stereokimya üzərində iş aparmışdır.

Kram qaydası D. Kram qaydası asimmetrik sintez imkanını açır ki, bu da ilkin olaraq optik cəhətdən aktiv olmayan reagentlərdən optik aktiv birləşmələrin alınması üsuludur. Bu, ketonların diasteroselektiv reaksiyaları zamanı əmələ gələn mərkəzin üstünlük təşkil edən konfiqurasiyası ilə keton molekulunda artıq mövcud olan mərkəzin konfiqurasiyası ilə əlaqədardır. Keton radikal və karbonil qrupunun transoid düzülüşü ilə uyğunlaşmada reaksiya verir. Kram qaydasına uyğun olaraq, radikal hissənin yaxınlaşması əvəzedicilərdən daha kiçik olan tərəfdən həyata keçirilir. Ketonların mürəkkəb metal hidridləri, qələvi metallar, Na amalgam ilə reduksiyası zamanı, habelə ketonların orqanometalik birləşmələrlə reaksiyaları zamanı əmələ gələn spirtlərin konfiqurasiyalarını əlaqələndirmək üçün Kram qaydası istifadə olunur. D. Kram qaydası 1952-ci ildə təklif edilmişdi.

Tədris fəaliyyətləri D. Kram 1947-ci ildə Los-Ancelesdəki Kaliforniya Universitetində yüksək səviyyəli müəllim vəzifəsinə işə alındı və 1955-ci ildə professor oldu. O, 1987-ci ildə təqaüdə çıxana qədər orada çalışdı. D. Kram məşhur müəllim idi, ümumilikdə o, 8000-ə yaxın tələbəyə dərs deyib və 200 aspiranturaya rəhbərlik edib. O, gitara çalmaqla və xalq mahnılarını oxumaqla tələbələrini əyləndirirdi. O, bir dəfə demişdi: "Tədqiqatçı inancla, qeyri-müəyyən fikir və bir neçə çılğın təcrübə ilə yeni bir sahədə araşdırmaya başlayır. Zamanla müsbət və mənfi nəticələrin təsadüfi birləşməsi işi harasa istiqamətləndirir. Tədqiqat başa çatdıqda, tədqiqatçı onun necə başlamalı və necə aparılmalı olduğunu bilir"Donald J. Cram. Autobiography. The Nobel Foundation. Архивировано 10 декабря 2012 года..

Şəxsi həyatı D. Kram karyerasının qurbansız olmadığını etiraf etmişdi. İlk həyat yoldaşı Jean Turner idi. O, həm də Rollinsin məzunu olub, 1941-ci ildə Kolumbiya Universitetində magistratura proqramına daxil olub və burada sosiologiya üzrə təhsil alıb. İkinci həyat yoldaşı isə keçmiş kimya professoru Ceyn idi. Kram eyni vaxtda yaxşı alim və ata ola bilməyəcəyinə inandığı üçün uşaq sahibi olmadı.Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года. D. Kram 2001-ci ildə 17 iyunda 82 yaşında xərçəngdən öldü.Donald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.

Mükafatları Aşağıdakı akademiyaların üzvü: ABŞ Milli Elmlər Akademiyası (1961)Крам, Дональд Джеймс на сайте Национальной академии наук США (англ.), Amerika İncəsənət və Elmlər Akademiyası (1967) Saul Vinstein, üzvi kimya kafedrasında müdir 1954 — Quggenhaim TəqaüdüDonald J. Cram (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 11 апреля 2019. Архивировано 2 ноября 2020 года. 1965 — Sintetik Üzvi Kimyada Yaradıcı Əməyə görə Amerika Kimya Cəmiyyətinin Mükafatı 1974 — Artur Koup Mükafatı 1979 — Yüzillik Mükafatı 1984 — Amerika Kimya Cəmiyyəti, Cənubi Kaliforniya Tolman Mükafatı 1985 — Villard Gibbs mükafatı 1987 — Kimya üzrə Nobel Mükafatı Donald J. Cram, Ph. D.: A 1941 Rollins College Chemistry Alumnus and winner of the 1987 Nobel Prize in Chemistry. Дата обращения: 25 сентября 2010. Архивировано 20 июля 2011 года."Donald Cram, Nobel Laureate and UCLA Chemist, Dies at 82". Дата обращения: 19 июня 2001. Архивировано из оригинала 10 декабря 2012 года.Donald J. Cram. Autobiography. The Nobel Foundation. Архивировано 10 декабря 2012 года. 1989–3M Mühazirələri 1989 — Glenn T. Seaborg medalı 1992 — ABŞ Milli Elmlər Akademiyasının Kimya Elmləri Mükafatı 1993 — ABŞ Milli Elm Medalı" Studies in Stereochemistry. X. The Rule of "Steric Control of Asymmetric Induction" in the Syntheses of Acyclic Systems Donald J. Cram, Fathy Ahmed Abd Elhafez J. Am. Chem. Soc.; 1952; 74(23); 5828–5835.". Дата обращения: 9 декабря 2012. Архивировано 30 октября 2008 года.

İstinadlar

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:ABŞ kimyaçıları