Henri Nikolas Con Günter (; ) — ABŞ hərbçisi, çavuş. O, Birinci Dünya müharibəsi zamanı hər hansı iştirakçı tərəfdən öldürülən sonuncu əsgər hesab edilir. Günter saat 11:00-dakı atəşkəsin qüvvəyə minməsinə təxminən bir dəqiqə qalmış, saat 10:59-da həlak olmuşdur.

Ölümündən az əvvəl Günterin rütbəsi endirilmişdi və o, müharibənin bitməsinə az qalmış rütbəsini bərpa etmək istəyirdi.

İrsi "Veteranlar Günü"ndə, 11 noyabr 2008-ci il tarixində Günterin həlak olduğu Lotaringiyanın Şomon-devan-Damville kommunasının yaxınlığındakı yerdə bir xatirə abidəsi tikilmişdir. 11 noyabr 2010-cu ildə onun ABŞ-dəki məzarı yerində Merilend Alman Cəmiyyəti tərəfindən xatirə lövhəsi ucaldılmışdır.

İstinadlar

Kateqoriya:Birinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ-nin Roma katolikləri