Sermet Atay () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub.
Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub.
90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub. 2011-ci ildə DYP sıralarından istefa verib və MHP üzvü olub. 2021-ci ildə MHP İdarə Heyətinin üzvü seçilib.
2018 və 2023-cü illərdə MHP namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Divanı inzibatçı nəzarətçi vəzifələrində təmsil olunub.
İngiliscə və rusca bilir. Evli və 3 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları