Məhəmməd ibn Məkki Amili (; ) — "Şəhidi-Əvvəl" ləqəbi ilə tanınan fiqh alimi. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır.

Həyatı

Şəhidi-Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir.

Təhsili Məhəmməd ibn Məkki hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.

Müəllimləri Məhəmməd ibn Məkki böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri:

Fəxrul-Mühəqqiqin Seyid Əmiduddin Əbdül-Müttəlib ibn Ərəc Hüseyni İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi Əli ibni Əhməd Tərrad Mətarabadi İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi İbrahim ibni Cəmaət Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət Əbdüs-Səməd ibni Xəlil Bağdadi

Tələbələri İmamiyyənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik: Miqdad ibni Əbdullah Seyvəri Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid

Qətl və şəhid edilməsi Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra hicri qəməri 786-cı ilin cəmadi əl-ula ayının doqquzunda şəhid edilmişdir. Dəməşq hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra yandırmışlar.Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 177, “Darut-təarif lil-mətbuat”, 1406-cı hicri qəməri ili Şəhidi-Əvvəl Dəməşqdə əhli sünnə və onların elmi mərkəzlərinin məclislərində iştirak edirdi. Əllamə Əmini “əl-Lölö” kitabından Şəhidi-Əvvəl Məhəmməd bin Məkkinin şəhadətini belə nəql edir: Seyfəddin Bərquq dövründə (hicri 801-ci ildə vəfat edib) Yusif bin Yəhya və Təqiyəddin Cəbəli ona böhtan ataraq, onu şərlədilər və onun əleyhinə xəbərlər yazaraq onun əqidəsini fitnə-fəsad kimi tanıtdırdılar. İclasda ona kin bəsləyən 70 nəfər də onun əleyhinə ifadə verdi. Beyrut hakiminin hüzurunda daha minə yaxın adam Şəhidi-Əvvəlin əleyhinə ifadə verdi. Məhəmməd bin Məkki bu səbəbdən bir il həbsdə qalmalı oldu. Şəhadətlər Şama və hakim İbad İbn Cəmaəyə göndərildi. Və o, Şam qazısı Bürhanəddin Malikiyə təhqiqat aparmağı tapşırdı. Hakim Maliki Şəhiidi-Əvvələ hesabatı məruzə və O, bunu rədd etdi. Şəhidi-Əvvəl özünü müdafiə etdi. Lakin şah onun sözlərini qəbul etmədi və hökmü hakim Malikiyə verdi. Maliki qalxıb dəstəmaz alıb iki rükət namaz qıldı və sonra edam olunacağını bildirdi. O zaman Şəhidi-Əvvəlin 52 yaşı var idi. Beləliklə Şəhidi-Əvvəl Hicri 786-cı ilin 9 Cəmadiül-əvvəl ayında cümə axşamı günü Şam qalasında edam edildi. Şeyx Hürr Amili onun necə şəhadətə çatması barədə yazır: Şəhidi-Əvvəli qılıncla öldürdülər. Sonra dardan asdılar. Daha sonra daşqalaq etdilər. Son olaraq onun cənazəsini yandırdılar.Şəmsəddin, “Həyat əl-İmam əş-Şəhidul-əvvəl”, hicri 1376-cı il, səh.57.

Həmçinin bax

Şəhidi-Sani

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Livanlı şiə din xadimləri Kateqoriya:Müsəlman şəhidlər Kateqoriya:Şiə din xadimləri