Sin Şixuandinin mavzoleyi (Sin Şixuandi; ingiliscə: Qin Chi Huang) (çincə: 秦始皇陵; pinyin: Qínshǐhuáng Líng ) Çinin Şensi əyalətinin Sian şəhərinin Lintonq rayonunda yerləşən mavzoleydir. Məqbərənin eramızdan əvvəl 246-208-ci illər arasında tikildiyi və kəsilmiş piramida formasında 76 metr hündürlüyündəki bir məzarın kurqanının altında yerləşdiyi bildirilir.Portal, Jane. "The first emperor of China: new discoveries & research: later this month the British Museum unveils an unprecedented loan exhibition of the terracotta warriors and other discoveries made at the 3rd-century BC tomb complex of Qin Shihuangdi, China's first emperor. Jane Portal, the exhibition's curator, explains the importance of the new finds." Apollo Eylül 2007: 54+. Academic OneFile. Web. 11 iyul 2016 Məqbərənin planı daxili və xarici şəhərlərə bölünən o dövrdə Çinin paytaxtı olmuş olan Xianyang şəhəri əsas götürülərək modelləşdirilmişdir. Daxili şəhərin perimetri 2.5 km (1,55 mil), xarici şəhərin perimetri isə 6,3 km (3 mil) təşkil edir. Məqbərə şəhərin cənub-qərb hissəsində yerləşir və üzü şərq tərəfə baxır. Sarkofaq və dəfn artefaktlarının yerləşdiyi əsas dəfn kamerası məqbərənin yerləşdiyi ərazinin nüvəsində yerləşir.
Məzarın özü hələ ki, qazılmamışdır. Arxeoloji tədqiqatlar hal-hazırda məqbərəni əhatə edən sıx nekropolun müxtəlif hissələrində cəmləşmişdir; bunlara kurqandan şərq tərəfdə yerləşən Terrakota Ordusu da daxildir. Terakota ordusu ziyarətgahda qarnizon kimi xidmət edirdi və ərazidə qazıntılar hələ də tamamlanmamışdır.
İstinadlar
Kateqoriya:Çin mavzoleyləri Kateqoriya:Çindəki ümumdünya irsi Kateqoriya:Çin tarixi Kateqoriya:E.ə. III əsrdə yarananlar Kateqoriya:Asiyada arxeoloji kəşflər Kateqoriya:E.ə. III əsrdə tamamlanmış tikililər