Əynul-Vərdə döyüşü () — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında baş vermiş döyüş.

Zəmin Əynul-Vərdə () adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", Hüseyn ibn Əlinin qisasını almaq və ona kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.

Həmçinin bax Təvvabin hərəkatı Süleyman ibn Sürəd Xüzai

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kərbəla döyüşü Kateqoriya:Hüseyn ibn Əli Kateqoriya:Suriya mühafəzələri Kateqoriya:685-ci ildəki münaqişələr Kateqoriya:Suriyadakı döyüşlər