Ken Carson () — amerikalı repçi, müğənni-mahnı yazarı və musiqi prodüseri. O, 2022-ci ildə buraxdığı, ilk dəfə Billboard 200-ə daxil olan ikinci albomu "X" sayəsində məşhurlaşıb. Repçinin 2023-cü ildə yayımladığı üçüncü albomu "A Great Chaos" həmin hit-paradda 11-ci pilləyə yüksəlib. Ken Carson 2019-cu ildə repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblı ilə müqavilə bağlayıb.

Ken Carson 2020-ci ildə "Teen X" adlı minialbom və 2021-ci ildə "Project X" adlı ilk studiya albomunu çıxarıb. Debüt albomdan olan treklər "Rock N Roll" və "Run + Ran" TikTok sosial şəbəkəsində böyük populyarlıq əldə etmişdir. Repçinin Corciyadan olan həmyerlisi, Opium şirkətinin digər üzvü Destroy Lonely ilə yaxın əlaqəsi var, onlar tez-tez əməkdaşlıq edirlər.

Musiqi üslubu Carsonun musiqi üslubu HotNewHipHop musiqi tənqidçisi Alexander Cole tərəfindən "təbiətcə enerjili olan elektron prodakşn" və diqqət mərkəzində olan "axınlara" malik olmaqla təsvir edilmişdir. Pitchfork-dan Mano Sundaresan Carsonu onun mentoru Playboi Carti ilə, xüsusilə onun 2020-ci il Whole Lotta Red albomu ilə müqayisə etmişdir, həmçinin onun axını və düşüncə tərzinə görə Lil Uzi Vert ilə də müqayisə olunmuşdur.

Studiyada albomlar Project X (2021) X (2022) A Great Chaos (2023) More Chaos (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:XXI əsr ABŞ repçiləri